Get Mystery Box with random crypto!

Toyota Tundra’nın son nəsli, 2007’ci ildə təqdim edilən, yəni | Car Lifestyle Baku⚙️

Toyota Tundra’nın son nəsli, 2007’ci ildə təqdim edilən, yəni 14 illik bir platformaya sahib olan model idi.
Bu səbəbdən yenilənmə vaxtı çoxdan gəlib çatmışdı. Başqa sözlə, Tundra, 5.7 litrlik böyük V8 mühərriki, yüksək yanacaq istehlakı və köhnəlmiş texnologiyaları səbəbindən rəqibləri Ford F-150 və Ram 1500’dən geri qalmağa başlamışdı.
2021 Tundra iki ədəd V6 mühərrik seçimi ilə təklif olunacaq. Avtomobilin əsas mühərriki sayılan 3.5 litrlik V6, 395 at gücü və 650 Nm fırlanma anı hasil edir.

İkinci mühərrik isə, i-Force Max adlanan hibridləşdirilmiş mühərrik sistemi formasındadır. Bu sistemdə, avtomobilin 10 pilləli avtomatik transmissiyasına elektrik mühərriki əlavə edilmişdir. Bu yolla ümumilikdə 440 at gücü və 790 Nm fırlanma anı əldə edilib.

Yeni nəsil Tundra da, CrewMax adlanan 4 qapılı versiyası və Double Cab adlı 2 qapılı versiyası (arxa qapılar yarım formada) eyni şəkildə təqdim olunmağa davam edəcək.

Ətraflı: https://www.instagram.com/p/CUW3OHkMSQx/?utm_medium=copy_link