Get Mystery Box with random crypto!

Nissan Juke’un köhnə nəsli üzərində, ötən illərdə Juke-R adı v | Car Lifestyle Baku⚙️

Nissan Juke’un köhnə nəsli üzərində, ötən illərdə Juke-R adı verilən və Nissan GT-R R-35 mühərrikinə sahib olan xüsusi versiyalar hazırlanmışdı. Bunun ilk nümunəsi ilə 2015’ci ildə Juke-R 2.0 adı və 600 at gücü olaraq tanış olmuşduq.

Bu dəfə isə SVM (Severn Valley Motorsport) adlı ingilis tüninq şirkəti, Nissan Juke-R’in gücünü 700 at gücünə qədər artırıb və avtomobilin transmissiyasını ikili debriyajlı avtomatik transmissiyaya çevirib. Başqa sözlə, Juke-R, bu şirkətin toxunuşu ilə həqiqətən də super avtomobilə çevrilib.

Avtomobil xarici görünüşü ilə adi bir Juke olmadığını dərhal göstərir. Bunda, yerə daha yaxın olması və aqresiv gövdə dəstinə sahib olması kimi müxtəlif faktorların payı var.

Cəmi 5 ədəd hazırlanan Juke-R’dən biri Almaniyada VDM Cars adlı bir şirkət tərəfindən satışa çıxarılıb. Bu xüsusi avtomobil üçün təyin olunan satış qiyməti isə 237.940 avrodur. Yəni bu günki məzənnə ilə təxminən 472.620 AZN.