Get Mystery Box with random crypto!

Hyundai Sonata N-Line Night Edition, standart Sonata N Line’da | Car Lifestyle Baku⚙️

Hyundai Sonata N-Line Night Edition, standart Sonata N Line’dan demək olar ki, hər şeyi alıb və daha qaranlıq bir görünüş üçün bəzi hissələr əlavə edib. Paketə arxa dodaq spoyleri və təkər mərkəz qapaqları üçün karbon fiber plastik hissələr daxildir. Xarici nişanlar tünd xrom üzləməyə, əyləc qəlibləri isə qırmızı rəngə sahibdir. Bundan əlavə avtomobil mat qara rəngli 19 düymlük təkər disklərə qovuşub.

Night Edition, Phantom Black və ya Quartz White kimi iddialı rənglərində təklif edilir.
Sonata N Line, 290 at gücü və 422 Nm fırlanma anı hasil edən 2,5 litrlik dörd silindrli turbomühərriklə təchiz edilib ki, o da ön təkərləri çevirən 8 pilləli ikili debriyajlı transmissiya ilə birləşdirilib.

Ətraflı: https://www.instagram.com/p/CVAKYbarpiC/?utm_medium=copy_link