Get Mystery Box with random crypto!

Kia'nın ölkəmizdə də çox məşhur olan Cerato kompakt sedan mode | Car Lifestyle Baku⚙️

Kia'nın ölkəmizdə də çox məşhur olan Cerato kompakt sedan modeli, Cənubi Koreyada K3, ABŞ kimi bəzi ölkələrdə isə Forte adı ilə satılmağa davam edir. Koreyalı marka 2022-ci il üçün Cerato-nu bir qədər yeniləyib.

Kia, işə bu yaxınlarda yenilənmiş loqotipini bu avtomobilə inteqrasiya etməklə başlayıb. Bundan əlavə, şirkətin pələng burnu (tiger nose) olaraq ifadə edilən ön barmaqlığı da bir qədər yenilənib. Avtomobilin sportiv GT versiyasında, daha sportiv bir ön bamper və diaqonal olaraq düzülmüş 3 LEDdən ibarət duman işıqları kimi yeniliklər də var.
Bundan əlavə, müştərilər GT versiyasına əlavə olaraq, onun bir alt versiyası kimi xarakterizə edilən GT-Line-ı da seçə bilərlər.

Avtomobilin alət paneli 3,5 düymdən 4,2 düymə, 8 düymlük multimedya ekranı isə 10.25 düymlük yeni bir ekrana çevrildi.

Ətraflı: https://www.instagram.com/p/CVKVolPsY7S/?utm_medium=copy_link