Get Mystery Box with random crypto!

Üçüncü nəsil Lexus LX, bazarda keçirdiyi 14 ildən sonra nəhayə | Car Lifestyle Baku⚙️

Üçüncü nəsil Lexus LX, bazarda keçirdiyi 14 ildən sonra nəhayət təqaüdə çıxır. Tamamilə yeni SUV, sələfindən 200 kiloqram daha yüngül və yeni bir platformadan başlayaraq bütün istiqamətlərdə təkmilləşdirilmiş və yenilikçi olduğu üçün çoxdan gözlənilən idi.

Əslində siluetin çox hissəsi əsasən eynidir. Lexus LX modeli əvvəllər olduğu kimi, barəsində ətraflı məlumat verdiyimiz LC 300 modeli ilə geniş şəkildə unifikasiya edilib. Hər iki model ümumi ramaya, transmissiyaya və hətta əvvəlki nəsildən bəri dəyişməyən 2850 mm təkər bazasına malikdir.
Əvvəlki kimi, Lexus ön və arxa hissənin özünəməxsus dizaynı, eləcə də arxa şüşələrinin fərqli forması ilə seçilir. Ancaq indi kuzovun forması da dəyişdirilib: Land Cruiser demək olar ki, şaquli beşinci qapıya malikdirsə, LX modelinin arxa sütunları və şüşəsi bucaq altında quraşdırılmışdır.

Ətraflı: https://www.instagram.com/p/CVM6oscssZH/?utm_medium=copy_link