Get Mystery Box with random crypto!

Bu proses 2020 və 2021’ci illərdə istehsal edilən bütün Taycan | Car Lifestyle Baku⚙️

Bu proses 2020 və 2021’ci illərdə istehsal edilən bütün Taycan modellərini əhatə edəcək. Son iki ildə ümumilikdə istehsal edilmiş 11.827 ədəd avtomobilin geri çağırılma səbəbi isə olduqca qəribədir.

Magistral Yol Təhlükəsizliyi İdarəsi’nin rəsmi internet səhifəsində yazılanlara görə, təcili olmayan hallarda qəza işıqlarının öz-özlüyündən qoşulması sebebindən avtomobillər geri çağırılır. 13 oktyabr tarixində açıqlanan geri çağırma qərarında yazılanlara görə, işıqların səhv çalışması digər sürücüləri də çaşdıraraq qəza riskini artırır.

Bu da, 21 oktyabr 2019'cu ildən 17 sentyabr 2021'ci ilə qədər istehsal edilmiş Porsche Taycan avtomobillərinin (Cross Turismo modelləri də daxil olmaqla) Federal Mühərrikli Daşıma tələblərinə əməl etmədiyi anlamına gelir.

Alman istehsalçı, problemi aradan qaldırmaq üçün sözügedən işıqları yenidən proqramlayacaq. Geri çağırılan bütün avtomobillər hələ də, Porsche qarantiyası çırçivəsində olduğundan, dəyişikliklər ödənişsiz olaraq həyata keçiriləcək.