Get Mystery Box with random crypto!

LandRover 1970-ci ildə yolsuzluq seqmentini Range Rover-in gəl | Car Lifestyle Baku⚙️

LandRover 1970-ci ildə yolsuzluq seqmentini Range Rover-in gəlişi ilə dəyişdirmişdi.
Hazırda avtomobil dünyasının ən tanınan modellərindən biri olan lüks SUV’nin beşinci nəsli MLA-Flex adlı yeni platformadan yüksəlib. Çəki azaltmaq üçün nəzərdə tutulmuş bu platforma avtomobildə rahatlığı  və sürücülük dinamikasını daha da artırmaq məqsədi daşıyır.
Standart və uzun təkər bazalı kuzov tipləri ilə satışa təqdim ediləcək model, standart gövdəsində 5,05 metr, LWB versiyası 5,25 metrdir.
Land Rover dizayn baxımından mənşəyinə sadiq qalıb. Ön tərəfdə daha yumşaq xətlərə sahib olan model, sürtünmə əmsalını 0,30’a qədər azaltmağı bacarıb ki, bu da yolsuzluq avtomobilləri arasında rekorddur. Barmaqlığında xrom toxunuşlara malik modelin LED far dəstləri də yenilənib.
Əsl dəyişiklik isə arxa hissədə baş verib. Baqajın qapağı üzərində iki stop işığını birləşdirən elementə qovuşan model daha cəlbedici görünür deməzdim.

Ətraflı: https://www.instagram.com/p/CVhe-zorWaw/?utm_medium=copy_link