Get Mystery Box with random crypto!

Markalarla həyatımızın hər sahəsində iç-içə oluruq. Ancaq bəzi | Car Lifestyle Baku⚙️

Markalarla həyatımızın hər sahəsində iç-içə oluruq. Ancaq bəzi markalar fərqli adlara sahib ola bilir. Bu kontekstdə, ötən günlərdə britaniyalı money.co.uk saytının apardığı bir araşdırmanı təqdim edirik. Aparılan araşdırmada ən çox yalnış axtarılan brend adları yer alıb.

Araşdırmanın nəticələrinə nəzər saldıqda, cənubi koreyalı avtomobil nəhəngi Hyundai’ın ən çox yanlış axtarılan marka olduğunu görürük. Ayda təxminən 605.000 dəfə səhv axtarılan Hyundai, daha çox "Hundai" olaraq yazılır. Bundan əlavə, "Hiundai" kimi də axtarış aparılır.

Siyahımızın növbəti pilləsində isə italiyalı superkar istehsalçısı Lamborghini var. Lamborghini də ayda təxminən 365.000 dəfə səhv axtarılır. Adətən, bu səhv axtarış "Lamborgini" və "Lambogini" kimi hərf səhvləri ilə müşahidə edilir.

İtaliyalı növbəti superkar istehsalçısı Ferrari isə siyahıda üçüncü yerdədir. Ferrari də tez-tez "Ferari" olaraq axtarılır.

Ardı: https://www.instagram.com/p/CWYjt22sj8t/?utm_medium=copy_link