Get Mystery Box with random crypto!

Bu maraqlı retro konsept dizaynı ilə Hyundai, tarixinin ilk fl | Car Lifestyle Baku⚙️

Bu maraqlı retro konsept dizaynı ilə Hyundai, tarixinin ilk flaqmanı olan Grandeur'u yenidən yaratmağa qərar verib. 1986’cı ildə işıq üzü görən birinci nəsil model, 35 yaşında Hyundai'ın Heritage Series adını verdiyi proqramına daxil olub. Klassik modelin qutuformalı dizaynını modern texnologiya ilə birləşdirən Hyundai, ortaya möhtəşəm bir iş çıxarıb.

Avtomobilin ənənəvi görünüşünü qoruyan cənubi koreyalı mühəndislər, ön barmaqlıq üzərində kiçik dəyişikliklər ediblər. Fara dəsti bir-başa olaraq Hyundai Ioniq 5'dən alınmış kimi görünən modelin, interyeri isə təəccübləndirici dərəcədə müasir avadanlıqlara sahibdir. Köhnə və yeni fikirlərin harmoniyasından yaranan bu kabinədə təkqollu bir sükan, hətta mexaniki sürət qutusu qolu belə yer alıb.

Hyundai bu retro dizaynı geniş bir rəqəmsal alət paneli ilə tamamlayıb. Bir-başa olaraq markanın yeni nəsil elektrikli modellərindən alınan bu texnologiyanı multi-media ekranı müşayiət edir.

Ətraflı: https://www.instagram.com/p/CWd1IEYMnDI/?utm_medium=copy_link