Get Mystery Box with random crypto!

Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyin | Car Lifestyle Baku⚙️

Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyinin və Su İdmanı Sarayının təşkilatçılığı ilə drift üzrə Bakı kuboku yarışı keçirilib.
Yarışda ən yüksək nəticə göstərən Fəxri Gülməmmədov kubokun sahibi olub. Tədbir çərçivəsində avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, "Volkicar” və sportkarla "burnout” və drift şouları təqdim olunub.
Əsas məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyənləşdirilməsidir.
Avtoidman yarışları, eyni zamanda, ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində, yol təhlükəsizliyinin artırılmasına da töhfə verir.

Ətraflı: https://www.instagram.com/p/CWi9fyVLoDs/?utm_medium=copy_link