Get Mystery Box with random crypto!

Məşhur bloqqer avtomobil qəzadında həyatını itirdi Bu gün gün | Car Lifestyle Baku⚙️

Məşhur bloqqer avtomobil qəzadında həyatını itirdi

Bu gün günorta saatlarında Moskva şəhərinin Kutuzov prospektində ağır nəqliyyat hadisəsi baş verib. Mercedes-Benz, BMW və Volvo markalı avtomobillərin toqquşması nəticəsində tanınmış avtobloqqer Səid Qubdenskiy həyatını itirib. Onun avtomobilində olan Dağıstan Avtomobil və Motosiklet İdmanı Federasiyasının prezidenti Zaur İbrahimov isə xəstəxanada dünyasını dəyişib.

Hadisə avtobloqqerin yağışlı havada hərəkət zamanı idarəetməni itirərək qarşı yola çıxması və qarşıdan gələn avtomobillərlə toqquşması nəticəsində baş verib.

Halbuki, bir neçə ay əvvəl bloqqer Edvard Bilin iştirakı ilə baş verən qəzaya münasibət bildirərək insanları sükan arxasında sürətdən və “şaşki” deyilən hərəkətdən (ziq-zaq) çəkinməyə çağırmışdı.

Daha ətraflı: https://www.instagram.com/p/CWgZDUlscdz/?utm_medium=copy_link