Get Mystery Box with random crypto!

BMW Motorsport, 24 May 2022’ci ildə 50’ci yaşını qeyd edəcək. | Car Lifestyle Baku⚙️

BMW Motorsport, 24 May 2022’ci ildə 50’ci yaşını qeyd edəcək. Bu xüsusi günü yaddaqalan etmək istəyən bavariyalı istehsalçı, M istifadəçiləri üçün "retro M Sport" paketini təqdim etməyə hazırlaşır. Paketin önə çıxan detalı isə, köhnə BMW Motorsport logosu olacaq.

BMW, bu spesifik modellərin sifarişlərini 2022'ci ilin ilk günlərindən etibarən qəbul etməyə başlayacaq. İstehsalına 2022’ci ilin mart ayında başlanacaq olan modellərin qiymətləri isə hələlik rəsmiyyətə qovuşmayıb.

BMW Motorsport GmbH 1972’ci ildə yaransa da, 1973’cü ilə qədər yarışlara qatıla bilməyib. Emblemin içindəki mavi, kırmızı və bənövşəyi rənglərin hər birinin öz mənası var. Belə ki, mavi rəng BMW'ni, qırmızı markanın yarış keçmişini, bənöbşəyi isə bu iki önəmli qolu birləşdirir.

Ətraflı: https://www.instagram.com/p/CWtO0OSsEHg/?utm_medium=copy_link