Get Mystery Box with random crypto!

Renault’nun 4L modeli 1961-1992’ci illər arasında 8 milyondan | Car Lifestyle Baku⚙️

Renault’nun 4L modeli 1961-1992’ci illər arasında 8 milyondan çox satılaraq şirkətin ən uğurlu modellərindən birinə çevrilmişdi. Bu modelin 60’cı ildönümünü qeyd etmək üçün Renault, TheArsenale dizayn firması ilə əməkdaşlıq edərək 4L’ün gələcəkdə necə bir avtomobilə çevrilə biləcəyi ideyasını vizuallaşdırıb.

Nəticə olaraq Air4 adlandırılan 4 pərli uçan avtomobil ortaya çıxıb. Bu layihədə avtomobilin gövdəsinin tamamilə karbon lifindən hazırlandığı və bununla da tələb olunan yüngüllüyün əldə oluna bildiyi ifadə edilir.

Avtomobilin dizaynı isə orijinal 4L’dən daha maili görünür. Retro dizayn elementlərinin olması da bu avtomobili daha cazibədar edir. Bundan əlavə, normal avtomobillər kimi ön və arxa işıqlandırma elementləri də yer alıb.

Renault Air4’ün uçuşu isə avtomobilin 4 küncünə əlavə edilmiş uzantılarda yerləşdirilmiş rotorlar tərəfindən təmin edilir. Renault bu layihədə 90.000 mAh tutumlu akkumulyatorlardan istifadə edib. Bu sayədə avtomobilin 94 km/saat sürətə çata bildiyi bildirilir.