Get Mystery Box with random crypto!

G-Seriyası, ötən ili satış rekordlarına imza ataraq yola salmı | Car Lifestyle Baku⚙️

G-Seriyası, ötən ili satış rekordlarına imza ataraq yola salmışdı. Mercedes, müştərilərə 41.000'dən çox satış gerçəkləşdirsə də, hələ də, növbədə gözləyənlər olduğu deyilir. MBPassionBlog'un hazırladığı hesabata əsasən, Mercedes, SUV üçün sifariş qəbul etməyi sonlandırıb. Deyilənlərə görə, şirkət, təslimat tarixlərini təxminən üç ilə qədər uzada bilər.

Bəhs etdiyimiz hesabatda, G-Seriyası’na sahib olmaq istəyənlər, şirkətin 17 yanvar’dan bəri model üçün yeni sifariş qəbul etmədiyini söyləyiblər. İddialara görə, satın alma tələblərinin bir qismi rədd edilib.

Ətraflı: https://www.instagram.com/p/CZm0XWTL12L/?utm_medium=copy_link