Get Mystery Box with random crypto!

Bir neçə gün əvvəl Ural’dan (Rusiya) olan Yevgeni Novokşonov ö | Car Lifestyle Baku⚙️

Bir neçə gün əvvəl Ural’dan (Rusiya) olan Yevgeni Novokşonov özünə məxsus VAZ2106 avtomobili ilə drift üzrə yeni dünya rekordu qırıb. Yarışçı 17 saat 34 dəqiqə ərzində Çelyabinsk vilayətindəki donmuş Kaldı gölü üzərində drift edib. Ümumilikdə o, 440 km yol qət edib.
Yevgeni səhər tezdən başladığı drifri gecə gec saatlara qədər davam etdirib. Bütün bu müddət ərzində dostları YouTube’da canlı yayım ediedilər. Qeyd edək ki, bundan əvvəlki rekord 2018’ci ildə qeydə alınmışdı. BMW Performans Sürücülük Məktəbinin təlimatçısı Yohan Şvarts 8 saat ərzində drift edərək rekord qırmışdı. Bu, rusiyalı Evgeni’nin rekordundan demək olar ki, 10 saat az idi.
Ən çətin an isə son saat olub: qolları və ayaqları uyuşan Jenya, davam etmək təhlükəli olduğunu anlayaraq, dayanmaq qərarına gəlib.
Bununla belə təəssüf ki, onun bu nailiyyəti Ginnesin Rekordlar Kitabına düşməyəcək. Nədənsə o, qeydiyyatdan keçə bilməyib. İndi Yevgeni, Rusiyanın rekordlar kitabında yer almağa ümid edir.

Drift videosu üçün: