Get Mystery Box with random crypto!

Porsche Taycan həyata gözlərini yeni açdığı zamanlarda Turbo S | Car Lifestyle Baku⚙️

Porsche Taycan həyata gözlərini yeni açdığı zamanlarda Turbo S versiyası ilə birlikdə bazarda ən sürətli və ən güclü EV olması ilə böyük qürur hissi keçirirdi. Aradan iki il keçdi və əlbəttə ki, hər şey əvvəlki kimi gənc və güclü deyil. Çünki LucidAir, -Dream Edition- öz gücü ilə Taycan’ın şöhrətinə son qoydu.

Lucid Air Dream Edition, ümumilikdə 1135 at gücü və 1389 Nm fırlanma anı hasil edə bilən bir cüt elektrik mühərrikinə malikdir. Başqa sözlə, 0-dan 100 km/saata təxminən 2,4 saniyəyə çata bilir. Ümumilikdə 768 at gücü və 1050 Nm fırlanma anına malik Porsche Taycan Turbo S isə eyni sürətlənməni 2,6-2,7 saniyəyə əldə edir. Burada onu da qeyd edim ki, Lucid Air 70 kq daha ağırdır.

İzlədiyiniz drag yarışı Drag Times adlı YouTube kanalı tərəfindən həyata keçirilib. İlk yarış üçün aydın bir Lucid Air üstünlüyü görsək də, ikinci yarışa Taycan daha inamlı başladı. Lakin, bu vəziyyəti davam etdirə bilmədi və hesab 2-0.

Ətraflı: https://www.instagram.com/p/CZtSN74rh-I/?utm_medium=copy_link