Get Mystery Box with random crypto!

Granta, Largus və XRAY’dən sonra mikroçip çatışmazlığının növb | Car Lifestyle Baku⚙️

Granta, Largus və XRAY’dən sonra mikroçip çatışmazlığının növbəti qurbanı Niva oldu.

Belə ki, fevralın 7’dən etibarən konveyerdən çıxan bütün Niva Legend avtomobillərində artıq ERA-GLONASS elektron blokları və təhlükəsizlik yastıqları yoxdur.
Buna səbəb Çindən gələn elektron komponentlərin çatışmazlığıdır.

Səlahiyyətli dilerdən bu cür avtomobil alan zaman müştəri ilə, modulların olmamasını və nə vaxtsa quraşdırmaq öhdəliyini təsdiqləyən əlavə müqavilə bağlanacaqdır. Müqavilədə sürücünün modullar olmadığı müddətdə qəzaya düşməmək və təcili yardıma ehtiyac duymamaq öhdəliyi götürüb-göstərməməsi barədə məlumat verilmir.

Qeyd edim ki, məlumatlı mənbənin sözlərinə görə, Granta ailəsi oktyabrın sonuna qədər, Largus və XRAY isə 2021’ci ilin dekabr ayının sonuna qədər ERA-GLONASS bloklarından məhrum edilib.

Ətraflı: https://www.instagram.com/p/CZ96D-GL-qp/?utm_medium=copy_link