Get Mystery Box with random crypto!

W116 və W126’dan sonra premium seqmentdə ən əsaslı dəyişiklik | Car Lifestyle Baku⚙️

W116 və W126’dan sonra premium seqmentdə ən əsaslı dəyişiklik keçirən və könlüllərdə taxt quran W140, mənim kimi bir çoxları üçün əvəzolunmaz bir avtomobildir. Yadımdadır, 90’cı illərin sonlarında avto elanlar yayımlayan bir qəzet çıxırdı. Adını yadıma sala bilmirəm. Daewoo’ların bazarda at oynatdığı zamanlar idi. Ah Espero...
İlk dəfə o qəzetdə W140’ın qiymətini 120.000$ olaraq görmüşdüm və bu, həyatımda gördüyüm ilk ən bahalı avtomobil idi mənim üçün.

Əlbəttə, W140 dedikdə ağıla ilk gələn, bu şah əsərin müəllifi Bruno Sacco olur. Təbii ki, modelin 1985’ci ildə başlayan dizayn periodunda önəmli yeri olan Oliver Boulay’ı da unutmaq olmaz.

Bu gün söhbətimiz isə, W140’ın sözün əsl mənasında ölü doğulan bir versiyası barədə olacaq. Ürəyi 8.0 litrlik bir W18’lə döyünən amma heç vaxt reallaşmayan Mercedes-Benz 800 SEL.
Əzəli rəqib BMW'nin E32’ni W16 ilə test etməsinə cavab üçün hər şey planlamışdı. Lakin, bütün plan kağız üzərində qaldı.

Ətraflı: https://www.instagram.com/p/CaB7zBSrKhn/?utm_medium=copy_link