Get Mystery Box with random crypto!

Hər il dünyanın müxtəlif ölkələrində müxtəlif avtomobil yarışm | Car Lifestyle Baku⚙️

Hər il dünyanın müxtəlif ölkələrində müxtəlif avtomobil yarışmaları, müsabiqələri keçirilir. Regional kateqoriyalara əlavə olaraq, bu yarışların bölündüyü bir neçə başqa meyarlar da var. Bunlardan birində isə münsiflər heyəti sadəcə qadınlardan ibarətdir. Və bu xanımlar, 2022’ci ilin ən yaxşı avtomobillərini seçiblər. Söhbət, böyük ehtimalla, çoxunuzun adını ilk dəfə eşitdiyi Women’s World Car of the Year müsabiqəsindən gedir. 2009’cu ildən keçirilən müsabiqədə, seçilən altı model 6 kateqoriya üzrə qalib olub: “təhlükəsizlik, sürüş həzzi və rahatlıq, texnologiya və dizayn, eləcə də ətraf mühitə təsir və dəyərinin qarşılığı”.

Bu il 12’cisi keçirilən müsabiqə üçün 40 ölkədən olan 56 qadın avtomobil jurnalisti 2021’ci ilin 12 ayı ərzində 65 namizədi gözdən keçirib. Xanımlar 6 kateqoriya üzrə seçilən altı qalib avtomobil arasından isə cəmi birini İlin Ən Yaxşı Avtomobili elan edəcəklər.

Ətrafı: https://www.instagram.com/p/CaIQFf4rU6Q/?utm_medium=copy_link