Get Mystery Box with random crypto!

Bir neçə il əvvəl Mercedes-AMG’nin elektrikli modellər istehsa | Car Lifestyle Baku⚙️

Bir neçə il əvvəl Mercedes-AMG’nin elektrikli modellər istehsal edəcəyini desələr inanmazdıq. Amma bu artıq reallaşıb. Mercedes-AMG ailəsinin ən yeni üzvü EQE. 687 at gücü hasil edə bilən AMG loqolu EV, qoşa elektrik mühərriki ilə asfaltı “sakitcə” ağladacaq.
AMG ilə gələn dəyişikliklərin başında standart olaraq təklif ediləcək 4Matic+ sistemi var. Standart versiyasında 626 at gücü və 950 Nm fırlanma anı hasil edə bilən iki mühərrik Dynamic Plus paketi ilə birlikdə 687 at gücü və 1001 Nm fırlanma anına çata bilir. Ancaq qeyd etmək lazımdır ki, bu nəticə yüksək güclü boost rejimində keçərlidir.
EQE, bu sayədə 0-100 km/saat sürətlənməni 3,3 saniyədə tamamlaya biləcək. 90,6 kVt-saat batareyaya sahib olan model, boost rejimi olmadan da kifayət qədər iddialı göstəricilərə malikdir. Avtomobilin maksimal sürəti 220 km/saatla məhdudlaşdırılıb. Dynamic Plus paketində isə bu sürət 240 km/saata çatır.

Ətraflı: https://www.instagram.com/p/CaFouV9Lh3r/?utm_medium=copy_link