Get Mystery Box with random crypto!

Elektrikli avtomobil dünyasına sürətlə daxil olan Mercedes-Ben | Car Lifestyle Baku⚙️

Elektrikli avtomobil dünyasına sürətlə daxil olan Mercedes-Benz, EQS ilə "lyuks EV" seqmentində öz möhürünü vurmağı bacarmışdı. EVA2 platformasından yüksələn sedan modelinin yürdən hündür qardaşı isə çoxdandır gözlənilirdi.

Qardaşının aerodinamik quruluşunu qoruyan EQS SUV; EQS 450, EQS 450 4Matic və EQS 580 adlı üç fərqli avadanlıq paketi ilə satışa çıxarılacaq. Minimum 600 km məsafə qət edəcəyi açıqlanan SUV texnologiya baxımından da sedan qardaşının izini davam etdirir.

Mercedes-Benz EQS SUV, EQS 580 adlı avadanlıq paketində standart olaraq ikili mühərrik və AWD seçimi ilə gələcək. EQS 450 versiyaları üçün isə bu ikili opsiya siyahısından seçilə bilər. Giriş səviyyəli modellər mühərriklərin sayından asılı olmayaraq 360 at gücü və 481 Nm fırlanma anı hasil edəcək. EQS 580 isə ümumilikdə 540 at gücü və 860 Nm fırlanma anı hasil edir. Bu göstəricilərin hər ikisi də modeli EQS sedan’dan daha güclü edir.

Ətraflı: https://www.instagram.com/p/CclNs9eLfWi/?igshid=YmMyMTA2M2Y=