Get Mystery Box with random crypto!

Rolls-Royce, ötən il Boat Tail adlı fantastik qiymətə sahib mo | Car Lifestyle Baku⚙️

Rolls-Royce, ötən il Boat Tail adlı fantastik qiymətə sahib modelini təqdim etmiş və çox qısa zamanda həmin unikal avtomobil yeni sahibinə qovuşmuşdu. Dünyanın ən bahalı avtomobili adını alan Boat Tail’i satın alanın kimliyi rəsmən açıqlanmasa da, bəzi mənbələr onun Jay-Z və Beyonce cütlüyü olduğunu bildirirdi. 28 milyon dollar dəyərində olan modeldən cəmi üç ədəd istehsal edəcəyini açıqlayan Rolls Royce, ikinci modeli satmağa hazırlaşır.

Xüsusi modelin ikinci nümunəsi 2022 Villa d'Este tədbirində yer alacaq. Dünyanın ən zəngin insanlarının toplaşdığı bu tədbir, 20-22 may tarixlərində İtaliya'da baş tutacaq.