Get Mystery Box with random crypto!

2013’cü ildə Nissan uzun fasilədən sonra Datsun markasını yeni | Car Lifestyle Baku⚙️

2013’cü ildə Nissan uzun fasilədən sonra Datsun markasını yenidən dirçəltmək qərarına gəldiyini açıqlamışdı. İndoneziya, Nepal, Cənubi Afrika, Hindistan və Rusiya kimi ölkələrdə giriş səviyyəli modellərlə fəaliyyətə başlayan Datsun, 2019’cu ildə bu ölkələrdən ikisində istehsalı dayandırmalı oldu. Datsun-un digər mühüm bazarlarından birində də istehsal dayandırılacaq.

Keçən həftə Nissan’ın Hindistan qanadı, Datsun’un bu ölkədə fəaliyyətini dayandıracağını açıqladı. Yapon istehsalçı, Datsun üçün ayırdığı resursları gələcəkdəki elektrikli avtomobil strategiyasına yönəltmək istəyir. Həmçinin qeyd edək ki, markanın satışlarda çox ciddi azalma baş verib. 2021’ci ildə cəmi 6400 avtomobil sata bilən Datsunun, 2016’cı ilə nisbətən satışlarında 90 faiz azalma müşahidə edilib.

Ətraflı: https://www.instagram.com/p/Cc0xaGjsQqY/?igshid=YmMyMTA2M2Y=