Get Mystery Box with random crypto!

Markanın ən analoq modellərindən biri olacaq yeni 911 Sport Cl | Car Lifestyle Baku⚙️

Markanın ən analoq modellərindən biri olacaq yeni 911 Sport Classic, brendin tarixində ən güclü mexaniki transmissiyalı modeli olacaq. İddialara görə, Porsche mühəndisləri bu modeli öz aralarında “manual 911 Turbo S” adlandırıblar. Təbii ki, bu ad hər iki modelin 3,7 litrlik twin-turbo mühərrikdən istifadə etməsindən irəli gəlir. Lakin 911 Sport Classic bu mühərrikdən 550 at gücü hasil edir.
İki modelin oxşarlığı bununla məhdudlaşmır. Porsche, Turbo S’in heyrətamiz arxa hissəsini Sport Classic’ə yerləşdirməklə müasir və retro görünüş arasında tandem yaradıb. Avropalıların "ördək quyruğu spoyler" adlandırdıqları klassik Porsche dizaynı bu hissədə ən diqqət çəkən detaldır. 1970’ci illərin ən çox sevilən 911 Carrera RS’inə aid bu görünüş, dalğavari tavan dizaynı ilə dəstəklənib. Avtomobilin daxili və xarici hissəsindəki klassik Porsche loqolarını isə, əfsanəvi Fuchs təkər disklərinin müasir versiyaları müşayiət edir.

Ətraflı: https://www.instagram.com/p/Cc523R3rpso/?igshid=YmMyMTA2M2Y=