Get Mystery Box with random crypto!

Çoxdan gözlənilən Toyota Supra rəsmi olaraq təqdim edilib! Mex | Car Lifestyle Baku⚙️

Çoxdan gözlənilən Toyota Supra rəsmi olaraq təqdim edilib! Mexaniki transmissiya seçimi ilə gələn və pərəstişkarlarını həyəcanlandıran avtomobilin çəkisi də təxminən 40 kiloqrama qədər azaldılıb.

Toyota bildirir ki, Supra’nın "Ağıllı mexaniki ötürücü"sü (iMT) performansa üstünlük verən proqram təminatını ehtiva edir. Bəs bu proqram necə işləyir? Vites qaldırarkən mufta pedalını basıb buraxdığınız zaman mühərrik fırlanma anı daha da optimallaşdırılır. Vitesi azaltdığınız zaman isə Supra daha ardıcıl performans təmin edir. Avtomobildə idman rejimini aktivləşdirərək iMT’ni söndürmək imkanı da var.
Avtomatik transmissiyalı Supra’nın son dişli nisbəti 3,15-dir, yeni mexaniki versiyada isə bu nisbət 3,46’ya qədər artırılıb. Bu da, təbii olaraq qalxış zamanı sürətlənməni daha yaxşı təmin edir.

2022 Supra üçün, Premium təchizatın bütün xüsusiyyətlərini özündə birləşdirən A91-MT versiyası da gəlir.

Ətraflı: https://www.instagram.com/p/Cc7QTTMs7rg/?igshid=YmMyMTA2M2Y=