Get Mystery Box with random crypto!

SUV və krossover çılğınlığının trend olduğu hazırki dövrdə, hə | Car Lifestyle Baku⚙️

SUV və krossover çılğınlığının trend olduğu hazırki dövrdə, hələ də dördqapılı ənənəvi modellərə dörd qolla sarılan markalardan biri də, BMW’dir.

Məhsul çeşidinin bəlkə də ən önəmli məhsullarından biri olan 3 Series modelini bir müddət əvvəl estetik əməliyyatdan keçirməyə başlayan bavariyalı marka, nəhayət yenilənmiş modelin örtüyünü qaldırdı. Yenilənmiş dizaynı və bol yeni texnologiyası ilə qarşımıza çıxan sedan model, səhnəyə Touring qardaşı ilə birlikdə çıxıb.
Eksteryerində, mövcud BMW modellərinin yaşadığı dəyişikliyə bənzər bir dəyişiklik yaşayan 3 Series, "inqilabi" yeniliklərə yiyələnməyib. Yenə də ön barmaqlığını bir az böyüdən model, yeni LED ön fənər dəsti ilə də diqqət çəkir.

Makiyaj əməliyyatının şiddəti arxa tərəfdə, gücünü itirir. Stop dəsti daha incə görünən makiyajlı 3 Series, "L" formalı stop dəstini qoruyub saxlayıb. Bu hissədəki reflektorlar şaquli olaraq yerləşdirilərək, bu "L" dizaynını gücləndirməyə imkan verir.

Ətraflı: https://www.instagram.com/p/Cduv5Vestgi/?igshid=YmMyMTA2M2Y=