Get Mystery Box with random crypto!

Brabus atelyesi, bu il nəzərəçarpacaq dərəcədə aktivləşib. Şir | Car Lifestyle Baku⚙️

Brabus atelyesi, bu il nəzərəçarpacaq dərəcədə aktivləşib. Şirkət son zamanlarda 1300 R stritfayteri, 900 at gücünə malik Mercedes-Maybach GLS krossoveri, bir cüt Mercury Marine 450R yarış mühərriki olan Shadow 900 Deep Blue Signature Edition qayığı və atelyenin özünün hazırladığı şassidə inşa olunmuş ilk Brabus avtomobili - Crawler baggisini təqdim edib. Dünən və bu gün haqqında paylaşım etdiyimiz ilk Brabus məhsulu olan Porsche və Rolls-royce modellərindən iki gün öncə isə şirkət 900 XLP One of Ten kolleksiya pikapını təqdim edib. Biz isə Brabus’un Mercedes modellərindən uzaqlaşdığını düşünən izləyicilərimizin xətrinə, atelye haqqında xəbər seriyamızı yenə də, Mercedes modeli ilə bitirməyə qərar verdik
Beləliklə, cəmi 10 nüsxə ilə məhdudlaşacaq olan xüsusi pikap, 900 at gücü və 1250 Nm fırlanma anına malik səkkizsilindrli Brabus Rocket 900 mühərriki ilə təchiz edilib.

Ətraflı: https://www.instagram.com/p/Cdykek3LK9S/?igshid=YmMyMTA2M2Y=