Get Mystery Box with random crypto!

Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və ele | Car Lifestyle Baku⚙️

Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.
Zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün isə, Çin şirkətinə müraciət edilib. İldə 300-400 "ZX Avto" pikapının yığılması planlaşdırılır.
Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib. Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır.
O da bildirilib ki, Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Qeyd edək ki, bundan əvvəl Çin markası Lifan avtomobillərin yığılmasını həyata keçirən zavodda hal-hazırda isə yeni “FAW” modellərinin istehsalı aparılır.