Get Mystery Box with random crypto!

Aynr Hashim

Telgraf kanalının logosu aynrhashim — Aynr Hashim A
Telgraf kanalının logosu aynrhashim — Aynr Hashim
Kanal adresi: @aynrhashim
Kategoriler: Pazarlama
Dilim: Türk
aboneler: 496
Kanaldan açıklama

Rəqəmsal Marketinq və Başqa Söhbətlər

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


En son Mesajlar 2

2021-03-19 23:34:32 İnteqrasiyalar edildikdən sonra bu xidmətdən faydalana və qarşınızdakı şəxsin şiddət, ümumi həbs tarixçəsi, taciz, təcavüz və digər cinsəl cinayətlərə qarışıb qarışmaması sizə aydın olacaq. Garbo bu məlumatları anonimləşdirərək saxlayacaq. Tinder isə şəxsi məlumatlarını Garbo ilə paylaşmayacaq. Tinder bu özəlliyi müəyyən ödəniş qarşılığında VIP xidmət olaraq təklif etməyi düşünür. Təbii ki, biz hələ bu söhbətlərə gəlib çıxmamışıq, amma dünyada baş verən yeniliklərdən agah olmaq üçün gözəl zamandayıq.
https://www.garbo.io/




Və son olaraq, artıq instagram IGTV-də də reklam vermək mümkün olacaq.
Yeni gələn bu özəllik hələlik sadəcə Facebook Business üzərindən idarə edilə bilər(hal-hazırda bizdə aktiv deyil).
IGTV-də sadəcə story ölçüsündə olan videoları reklama qoymaq mümkündür. Eyni YouTube-da olduğu kimi insanlar burada da digər insanların IGTV-dəki videolarını izləyərkən həmin video dayanır və sizin reklama qoyduğunuz video başqalarının qarşısına çıxır, daha sonra isə ilk başda video qaldığı yerdən davam edir.
358 views20:34
Aç / Yorum Yap
2021-03-19 23:34:32 Dostlar, salam. Ümid edirəm ki, yaxşısınız və az da olsa bayram əhvalındasınız. Bu dəfə qəşəng, fərqli mövzular haqqında məlumatlar oxuyacaqsınız. Hazırsınızsa, başlayaq.


Deməli, həmişə Marsın üstündə axtarılan suyun onun daxilində olması təxmin edilir.
Tədqiqatçıların fikrincə, su ilk dövrlərdən onun səthinə doğru aşağı çəkilməyə başlayıb və ondan sonra heç vaxt üstünə çıxmayıb. Araşdırmalara görə əvvəllər Marsın səthi 100-1500 metr dərinliyi olan okeanla örtülü olub. Bu suların 30%-99% hal-hazırda səthdən aşağı çəkildiyi təxmin edilir. Mən bu məlumatı oxuyan kimi ağlıma uşaq vaxtlarımda kənddə gördüyüm artezian quyuları gəldi. Nə bilmək olar, bəlkə də bir gün Marsda da uşaqlar hansısa kənddə düyməli, monitorlu artezian quyularını görəcək.




Gucci batır!
Artıq 13 dollara orginal Gucci ayaqqabısı ala bilərsiniz.

Bilirsiniz də belə başlıqlar insanların vaxtını alır, vaxt isə pul qazanılmayan işlərdə pul deməkdir. Məsələn, elə mediada, youtube videolarında. Söyülməyi gözə alıb, bu mövzuda ortanı tutub bu cür başlıqlar seçmək olar amma mən gördüyünüz kimi belə başlıqlar seçmirəm. Gələk Gucci-nin satdığı ən ucuz ayaqqabıya.

Bu ayaqqabını 13 dollara ala bilərsiniz, ancaq heç bir zaman onu ətdən, dəridən, dəmirdən olan ayağınıza geyinə bilməzsiniz. Kədərlənməyin, onu virtual olaraq geyinə bilərsiniz. "Virtual 25" adını daşıyan bu ayaqqabı artırılmış reallıq şirkəti olan "Wanna" ilə birgə əməkdaşlıq nəticəsində hazırlanıb. Gucci ayaqqabılarım var demək istəyirsinizsə, əslində heç vaxt sizin olmayacaq Gucci app-dan bu ayaqqabıya sahib ola bilərsiniz. Elə bu yerdə mənim ağlıma Black Mirror – "Fifteen Million Merits" (Season 1, Episode 2) ağlıma gəldi.




Vaxtı pula satırıq, sonra vaxtımızı daha gözəl hala gətirə biləcək şeylərə həmin pulu xərcləyirik. Bunu çox düşünmür və uzun illərdir necə var elə də qəbul edirik. Sistemə qarşı çıxmaq çətindir və buna nə qədər ehtiyac var bilmirəm. Bəlkə də bilirəm, amma bilməməyi seçirəm. Hər bir halda, yaradılan ehtiyaclar və ən əsası isə səhiyyə bizə pul qazanmadan yaşanacaq dünya imkanını bir o qədər də vermir. İstəyən və cəsarətli olan bəlkə də gedib həmin sistemi özü üçün qurar, bunun mümkünlüyünə də inanıram.

Sözüm fikirlərimdə deyil, ortaq yolu tapıb bir az zövq aldığımız işləri görərək pul qazanmaq lazımdır. Elə bu yerdə Clubhouse-un da pul paylayacağını bildirmək istəyirəm. Amma bu hissədə də Clubhouse öz fərqini qoruyur – hər deyən adam bu platformadan pul qazana bilməyəcək, ilk mərhələdə sadəcə 20 seçilən kontent yaradıcısı pul qazana biləcək.

. Clubhouse-un pul qazanma proqramı "Clubhouse Creator First"adlanır. Şirkət bu proqrama kimlərin daxil olacağını isə hazırladığı form vasitəsi ilə müəyyənləşdirəcəkdir. Gələcəkdə daha çox məzmun istehsalçısının Clubhouse-dan pul qazana biləcəyi gözlənilir. Şansınıza güvənirsinizsə, buradakı formu dolduraraq qeydiyyatdan keçə bilərsiniz.
Son qeydiyyat tarixi 31 Mart – https://airtable.com/shrXUvZUuu6p8fIKZ




Tinder təhlükəsizliyini artırmaq üçün uyğunlaşan şəxslərə məhkumluq haqqında keçmişinə baxmaq fürsətini verəcək. Bildiyiniz kimi Tinder dünyanın ən çox istifadə edilən dostluq, tanışlıq tətbiqidir.

Bu tətbiqi istifadə edib yeni tanışlıq qurursunuzsa, həmin şəxsin kim olması, keçmişdə hər hansısa cinayət əməlinə qarışıb qarışmaması sizdə şübhə yarada bilər. Şübhə duyduğun şəxslə görüşə getmək isə xeyli riskli məsələdir. Elə bu hissədə Tinder yenilik etmək məqsədi ilə Garbo şirkətiylə danışıqlara başlayıb. Bu arada, Garbo cinsəl şiddətdən qurtulan Kathryn Kosmides tərəfindən 2018-ci ildə başqa insanların eyni situasiyaya düşməməsi üçün qurulan və xeyir məqsədi güdməyən platformadır.
310 views20:34
Aç / Yorum Yap
2021-03-13 19:24:00 Son olaraq, Türkiyəyə səyahət etdikdə bu təcrübələri yaşamadan qayıtmayın
Fethiye-de yamac paraşütü – https://www.instagram.com/p/CMSmn5bFzT_/
Kaş-da sualtına dalış – https://www.instagram.com/p/CLMplOOFOqh/
327 views16:24
Aç / Yorum Yap
2021-03-13 19:24:00 Dostlar, a dostlar, Salam. Ümid edirəm ki, yaxşısınız Dediyim kimi kanalı aktiv etmişəm və faydalı məlumatları davamlı olaraq paylaşmağa çalışacam. Düzdür, hər gün paylaşım edə bilməyəcəm amma həftədə azı 3 dəfə etməyə çalışacam. Elə isə başlayaq


Bu Mark dəhşətdir də imkan vermir ki, kimsə evinə çörək aparsın. İndi də Clubhouse-un bazarını öldürür. Təəccübləndikmi? Yoxxx!
Beləki, Instagram yeni Canlı Otaqlar xüsusiyyəti ilə əvvəlkindən fərqli olaraq, eyni vaxtda iki deyil, dörd nəfərin canlı yayıma qoşulmasına imkan verəcək.

Təbii ki, ClubHouse ilə Instagram bir-birindən fərqlənir. Məsələn, Clubhouse-a hər deyən adam daxil ola bilmir. Məsələn, iOS dəstəkləyən cihazı olmayanlar, dəvəti olmayan və mənim kimi hər ikisi olmasına baxmayaraq, iOS-u update etməyənlər. Bununla yanaşı, özünü vizual olaraq göstərmək istəyənlərə Clubhouse bir o qədər də çəkici gəlməyə bilər, çünki burada əsas məsələ danışıqlardır. Elə bu hissədə işin içinə instagram daxil olur çünki onun ən yaxşı etdiyi şey də elə budur – görüntü və vizuallıq. Kamera qarşısında olmaq istəyənlərin seçimi də bir çox halda instagram olur.
Bu arada, android istifadəçiləri darıxmasın, Clubhouse-un qurucusu Paul Davidson yaxın müddətdə onların da platformaya qoşula biləcəyini bildirib.



Instagram və facebook-un mağaza özəlliyi indi də TikTok-a gəlir. Instagram-ın bu mövzudakı uğurlarını görən Twitter və TikTok hazırlıqlara start verib.
TikTok bildirib ki, burada məşhur olan şəxslər paylaşımlara link yerləşdirərək satış edə biləcək. Təbii ki, onlar da bundan komissiya alacaq. Eyni instagram-da olduğu kimi burada da vitrinlər olacaq. Bununla yanaşı, canlı yayında da satışlar edə biləcəklə. Son olaraq, Shopify başda olmaqla bir çox e-ticarət şirkətləri ilə əməkdaşlıq danışıqlarına başlayıb.


Söhbət TikTok-dan açılmışkən Pakistanda TikTok Ali Məhkəmə tərəfindən əxlaqsızlıq səbəbi ilə qadağan edilib. Bu arada, ötən aylarda Hindistanda da TikTok qadağan edilmişdi.
TikTok haqqında bir yaxşı məlumat paylaşanda, bir pis məlumat paylaşmasam elə bilirəm nələrsə qaydasında deyil.



Yunanıstan "Tək istədiyiniz şey Yunanistandır" sloqanıyla 2021 turizm sezonunu 14 Maydan etibarən açacağını planladığını bildirib. Urrraaa, sağ əli bütün ölkələrin başına. Bildiriblər ki, Yunanıstana koronavirüs peyvəndi olanlar və ya Covid testi neqativ çıxanlar gələ biləcək.
Bu arada, səyahət etməyi düşünənlər hansı ölkəyə gedə biləcəyini və şərtləri buradan öyrənə bilər – https://edition.cnn.com/travel/article/us-international-travel-covid-19/index.html



Gündəlik həyatımızda əlimizdən tutacaq və işləri asanlaşdıracaq 5 tətbiqi sizinlə paylaşıram:

1) MyFitnessPal – İdman zallarının hələ də açılmadığını nəzərə alsaq bu tətbiqi yükləməyin və istifadə etməyin əsl zamanıdır. Təbii ki, əvvəlində bir az istək də lazımdır Tətbiqi yükləyib həm içindəki idman listlərindən faydalana, həm nə qədər kalori itirdiyinizə nəzarət edə, həm də sağlam qidalanma tövsiyələrinə göz gəzdirə bilərsiniz.

2) Epicurious – "Nə bişirim, eyni şeyləri bişirməkdən bezmişəm" deyənlər üçün ideal tətbiqdir. Soyuducudakı inqridentləri tətbiqdə seçirsiniz və əvəzində bir neçə reseptə sahib olursunuz. Ondan sonra isə dadlı və fərqli yeməklərlə özünüzü sevindirirsiniz.

3) LastPass – Nəzərə alsaq ki, əksər sosial şəbəkələrdə hesabımız var və bunların şifrəsini yadda saxlamaq çətin məsələdir. Elə bu hissədə sizə bütün şiftələrinizi, login məlumatlarınızı, bank kartı kodlarınızı saxlayacaq bu parol meneceri tətbiqi kömək olacaq. Tətbiqin sloqanı da qəşəngdir – “Xatırlamalı olduğunuz tək şifrə”

4) Monefy – Bu tətbiqi yükləyirsiniz və pulunuzu xərclədikcə kateqoriyalara uyğun olaraq qeyd edirsiniz. Ay sonu isə nəyə nə qədər pul xərcədiyinizə baxırsınız və artıq xərclərinizə daha ağıllı formada nəzarət edə bilirsiniz.

5) Moovit – Səyahətlərdə işinizə yarayacaq əla tətbiqdir. 20 ölkədə, 750 şəhərdə avtobus, qatar və metro kimi ictimai nəqliyyat vasitələrinin saatlarını, marşrut xətlərini göstərən tətbiqdir.
349 views16:24
Aç / Yorum Yap
2021-03-10 21:53:13 Dostlar, düz 70 gün sonra təkrar salam. Ümid edirəm, bu yazımla həm bu bu müddətdəki boşluğu dolduracam, həm də boşluğa nəyin səbəb olduğunu izah edə biləcəm


Uzun müddətdir ki, ölkənin, həmçinin dünyanın gündəmi məni yorur və hər şeydən uzaq qalmağa çalışıram ancaq indiki yazımda nəyə görə burada aktiv olmadığımı sizinlə bölüşmək istəyirəm. Bununla yanaşı, bildirim ki, bu yazıda son günlərin aktual mövzusu olan feminizmə də toxunacam.


Buradakı aktivliyi kəsdiyim gündən sonra keçən il 3 ay ölkədən kənarda oldum və Türkiyənin Ege-Akdeniz bölgələrini, Kapadokiyanı və Balkan ölkələrini gəzdim(Bu baradə faydalı ola biləcəyini düşündüyüm təcrübələrimi instagram hesabımdan paylaşıram – https://www.instagram.com/aynrhashim/ ). Sonra Yeni İli ailəmlə qeyd etmək üçün ölkəyə qayıtdım. Qəribə şey var – artıq ikinci dəfədir ki, ölkəyə qayıdanda tutarlı səbəbim olsa və xoşbəxt halda qayıtsam belə elə havalimanında (sərhəddə) peşman oluram.

Səbəb bəsitdir – görmək istəmədiyim şeyləri yaşamaq. Düşüncələr, ədalətsizliklər, haqqsızlıqlar məni incidir. Düzdür, dünyanın hər yerində bunlara rast gəlmək olar ancaq insan öz ölkəsində belə şeylər yaşayanda və ya yaşayan insanları görəndə daha çox incinir.

Peşmanlığımı da yanıma alıb Bakının səs-küyündən uzaq rayonumuza gəldim. Hələ də inanmayanların olduğu virusa yoluxdum(rayonda tibb əməkdaşlarının da əksəri bu virusa inanmır ), üstünə də ayağımı sındırdım(gipsin açılmasına 2 həftə qalıb, virusu isə yüngül keçirdim və hal-hazırda yaxşıyam) və düzü, burada nələrsə paylaşmaq istəsəm belə, bu yetərli olmadı.

İndi isə qaldığımız yerdən davam etməyə qərar verdim. Bu qərarı verməyə ilk növbədə intahar xəbərləri, daha sonra isə feminizmlə bağlı olan fikirlər, sosial şəbəkədəki şərhlər səbəb oldu. Birdə belə bir şey var ki, kiməsə yaxşı təsir edəndə, bu özümə də məlhəm kimi gəlir. Yəni, hər şey kimi buradakı aktivliyin də bir hissəsi özümə yaxşı gəlmək üçündür.


Yazının əvvəlində qeyd etdiyim feminizm sözünü görəndə ilk nə hiss keçirdiniz bilmirəm amma bu mənə maraqlı gəlir.

Ümumiyyətlə, mənim adlandırmalardan bir o qədər də xoşum gəlmir, bu hər nə qədər vacib olsa da isimləşəndə insanların beyninə fərqli qəliblə daxil olduğunu(və ya ola bilmədiyini) görürəm. Əgər feminizmə əlaqəli sərt mövqeyiniz varsa və zidd düşüncələrə qarşı önyarğılı olub "mən beləyəm", "məndə belədir" deyirsinizsə, artıq bu yazının sonrası sizin üçün sadəcə söz yığını olacaq.

Sözlər sadəcə onları düşünüb araşdırdığınız zaman bizim üçün əhəmiyyətli rol oynayır.


Feminizm qadınların eyni kişilərdə olduğu kimi sosial, siyasi, mədəni və iqtisadi olaraq bərabərliyi müdafiə edən ictimai-siyasi hərakatdır.

Düşünülənin əksinə, feminizm anlayışını müdafiə edənlər kişilərin düşməni deyil. Həmçinin, feminizm qadınların kişilərdən daha çox üstün olmasını istəmir – sadəcə onların olan öz haqqlarını tələb edir və bərabərlik istəyirlər. Və ən əsası, feministlər sadəcə qadınlar deyil, həmçinin insan haqqlarını bilən, empatiya quran və müəyyən dünya görüşə sahib kişilərdir.
Biz hamımız bu ölkədə doğulmuşuq və ya ömrümüzün böyük qismini burada keçirmişik. Bizi birləşdirən dil, coğrafiya və müəyyən düşüncələr var.

Qadınlığın təhqir olduğu, qadınların əzildiyi, kişiliyin bütləşdiyi, kişilərin insani hisslərdən uzaqlaşdırıldığı(emosional olmaq, ağlamaq və.s) bu cəmiyyətdə hər birimizin travmalı uşaqlığı olub və bu uşaqlar indi böyüyüb. Biz böyüyən uşaqlar olaraq, həm özümüz, həm də gələcək nəsillər üçün fərqində olmağı, düşüncələrin kökünə getməyi və bu zinciri qırmağı bacarmalıyıq.

Bu barədə uzun-uzun danışmaq olar ancaq mən sizi fərqli coğrafiyada eyni problemləri yaşayan və feminizmi çox gözəl ifadə edən yazar Chimamanda Ngozi Adichie (adını oxumadınız ha ) 30 dəqiqəlik axıcı nitqi ilə baş-başa qoyuram.

https://www.ted.com/talks/chimamanda_ngozi_adichie_we_should_all_be_feminists?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare

(video ingilis dilindədir amma türk(rus) dilində altyazıları mövcuddur)
406 views18:53
Aç / Yorum Yap
2020-12-31 17:39:07 Dostlar, a dostlar, salam

Çox uzun, məşəqqətli, ağrılı ilin son gününü yaşayırıq. Ümid edirəm ki, bu il az da olsa yaxşı şeyləri ilə xatarlayarsınız. Nəyisə unudulmaz edən ya çox yaxşı, ya da çox pis xatirələrlə yaddaşımızda qalmasıdır. Dəqiq olan bir şey var ki, pis xatirələri unutmamağa daha meyilliyik.

Ümid edirəm ki, belə xatirələriniz çox deyil və arzulayıram ki, 2021-ci il dünyamız, ölkəmiz və hər biriniz üçün gözəl il olar. Sağlıq, sevgi, doğmalarınız və həyat eşqinizin daim Sizinlə olduğu il olsun!

Burada mənimlə qaldığınız üçün minnətdaram. Yaxın günlərdə qaldığımız yerdən davam edəcəyik
629 views14:39
Aç / Yorum Yap
2020-10-12 13:46:38 Dostlar, salam. Ümid edirəm ki, hər biriniz sağ-salamatsınız və bu çətin günləri ən az travma ilə keçirirsiniz.


Bu çətin günləri ən yaxşı hansı formada keçirdə bilərik bilmirəm, amma hamımızın necə bir yumruq ola bildiyini görürəm. Məktəb vaxtı həmişə öz sinfimizin birlik ola bilmədiyini, digər siniflərin isə bir araya gələ bildiyini, sözü bütöv olduğunu deyirdik. Son günlərə qədər özümüzü xalq olaraq da bizdən başqa bütün millətlərin daha yaxşı birlik olduğuna inandırmışdıq. İndi isə necə birlik olduğumuzu gördük.

Ümid edirəm ki, bu birliyimiz davam edəcək və biz bu qalibi olmayacaq, itkilərin evlərə atəş saldığı müharibədən ən azından "müharibə ölkəsi" statusumuzu itirərək çıxacağıq.

"Müharibə itkisiz olmur, daha az itki ilə sonlansın" dedikdə belə içim sızlayır. "Daha az" dedikdə kimlərin ölməsinə göz yumuruq bilmirəm, amma indiki vəziyyətdə reallıqdan da qaçmaq olmur.

Ümid edirəm ki, hər şeyin daha gözəl olduğu günlərdə yenə burada hamımız birlikdə olacağıq. O günə qədər isə Twitter hesabı açıb, hər birinizi orada aktiv olmağa çağırıram. Bu indiki halda əlimizdən gələn ən sadə amma faydalı olacağına inandığım şeylərdəndir. Məni əlavə edin ki, Sizi görüm və əlavə edim(twitter.com/AynrHashim)

Təkrar burada görüşəcəyimiz günə qədəe özünüzə və doğmalarınıza yaxşı baxın. Hər birinizi tək-tək qucax(q)layıram. Möhkəm olun!
1.1K views10:46
Aç / Yorum Yap
2020-08-08 19:19:40 Uzun müddət sonra ilk məlumat paylaşımı ilə qarşınızdayam

Mark qardaşımız Snapchat-ı yıxdı, indi də TikTok-a keçdi Bir neçə gün öncə instagram "Reels" funksiyasını istifadəçilərə təqdim etdi və dünyanın bir çox yerində bu funksiya aktivləşdi. TikTok isə mövzuya fikrini Twitter-da instagramın paylaşımını retivit edərək "well... this looks familiar" sözləri ilə ifadə etdi

TikTok saydığını saysın, Mark da ilk dəfə 100 milyardı ötən sərvətini saysın. Təbii ki, bunu saymaq mümkündürsə Mark-ın xalis sərvətinin 100 milyard dolları keçməsi "Reels" təqdim edildikdən sonra baş tutub.


Bəs bu yaxın qonşularımızda aktivləşən, bizdə hələki aktivləşməyən "Instagram Reels" nədir?
İstifadəçilərə eyni TikTok-da olduğu kimi 15 saniyəlik qısa videoları yükləməyə imkan verən məzmun formatıdır. İstifadəçilər yüklədikləri 15 saniyəlik videolarda Instagram Music vasitəsilə mahnılar əlavə edə bilərlər.

Bu arada, Microsoft şirkəti TikTok-la danışıqlara başlayıb və bir müddətdir ki, onu almaq barədə düşünür. Görək bu işlərin axırı necə olacaq


Twitter-ın Trump-ın paylaşımlarını silməsi, xəbərdarlıq etdikdən sonra istifadəçilərə əlçatan etməsi barədə məlumatınız var. Facebook və instagram isə indiyədək bu cür mövzulardan yayınıb və Mark bir neçə dəfə "siyasətə qarışmıram" kimi çıxışlar edib.

Ancaq axır ki, haqqın yoluna gəlib və siyasətə qarışaraq Trump-ın paylaşımını ilk dəfə facebook-dan silib. Səbəb isə Trump-ın COVID-19 xəstəliyi ilə əlaqəli etdiyi açıqlama olub. Facebook-un mövzuyla əlaqəli əməkdaşları bildirir ki, "Trump yaxşı eliyir, amma düz eləmir. O bir çox səhvə yol verib. Ona görə də belə paylaşımı yayınlaya bilməzdik". Nə deyək, davamı gəlsin


Twitter dövlət qurumlarının rəsmi hesablarına xüsusi etiketlər gətirir. Yenilənmədən sonra istifadəçilər bu etiketlərin köməyi elə belə hesabları digərlərindən rahatlıqla fərqləndirə biləcəklər. Bu özəlliyin yaxın günlərdə Çin, ABŞ, Böyük Britaniya, Rusiya və Fransa-da aktivləşəcəyi bildirilir. İlərləyən müddətdə isə bir çox başqa ölkələrdə də yavaş-yavaş aktivləşməyə başlayacaq.

Twitter-ın digər maraq çəkən yeni qərarı isə dövlət media orqanlarının artıq tövsiyə edilən səhifələr arasında göstərilməyəcək olmasıdır. Bu qərar isə böyük sosial platformalar arasında bir ilk olmağı bacarıb.


Telegram bir müddət əvvəl yenilənmə etdi və bir çox təzə funksiyalarını təqdim etdi. Bunlardan ən gözəli isə şübhəsiz və şəksiz ki, istifadə etdiyiniz cihazdan asılı olmayaraq, 2 GB-dək faylları limitsiz olaraq göndərə bilməyimizdir.

Telegram bununla normal hallarda, iri həcmli faylları göndərmək üçün istifadə etdiyimiz wetransfer-ə salam göndərmiş oldu. Bu arada, yenilənmədən sonra video zəng funksiyası da iOS istifadəçiləri üçün test rejimi ilə aktiv olub.


WhatsApp da yeniliklər edir. Bu yenilik isə bir müddət əvvəl Twitter-da köhnə tvitlərin silinməsinə oxşardır. Bir çoxlarının gözlədiyi yenilik köhnə mesajların avtomatik silinməsidir. "Vaxtı keçmiş mesajlar" adlanan bu xüsusiyyət ilə 1 həftədən əvvəl gələn mesajlar avtomatik olaraq silinə bilər.

Bu arada, artıq WhatsApp android əməliyyat sistemlərində bu yeni funksiyanı sınamağa başlayıb.


Nəzərinizə çatdırım ki, paylaşımlar hər gün olmayacaq, amma ehtimal ki, həftədə bir neçə dəfə görüşəcəyik. Həmin müddətə qədər özünüzə yaxşı baxın, sağlamlığınızı qoruyun. Hamınızı qucax(q)layıram
1.2K views16:19
Aç / Yorum Yap
2020-08-08 12:35:02 Dostlar, a dostlar! Hər birinizi bir-bir salamlayıram Ümid edirəm ki, kefiniz əladır

Bildiyiniz və gördüyünüz kimi uzun müddətdir burada və demək olar ki, digər sosial şəbəkələrdə aktiv deyildim. Düzü, bu barədə yazıb Sizi xəbərdar etmək istəyirdim, ancaq daha sonra qayıdanda yazaram deyə qərar verdim. Aktiv paylaşım etməmək üçün bir neçə haqqlı səbəbim və ya bəhanələrim var

Beləki, ümumi olaraq əhvalım o qədər də əla deyildi. Gündəm və son beş ay bir çoxunuz kimi məni də yormuşdu. Özüm əla olmasam Sizə əla olun demək, yaxşı enerji ötürmək alınmayacaqdı. Yalandan burada hər şeyi yaxşı kimi göstərə də bilməzdim. Necəyəmsə elə də enerji ötürəcəkdim. Belə olan halda isə həm paylaşımlarda bu həvəssizlik hiss ediləcəkdi, həm də Sizə yaxşı enerji ötürməmiş olacaqdım. Bir müddət özümə çəkilib bu dövrü sakit keçirməyə qərar verdim. Daha sonra isə bu dövrü dəyərləndirib, özüm və gələcək qərarlarımla bağlı planlar qurdum.Artıq bir müddətdir ki, geri qayıtmaq və həftədə bir neçə dəfə paylaşım etmək qərarı vermişəm

Həm niyə paylaşım etmədiyim barədə Sizi məlumatlandırmaq, həm də artıq həftədə bir neçə dəfə paylaşım edəcəyimiz barədə Sizi xəbərdar etmək üçün bu səssizliyi pozmağa qərar verdim


Bura qədər gəlmişkən, günün məlumatlarını da elə bu gün paylaşacağımı bildirim

Hal-hazırda burada olduğum və bunları yazdığım üçün xoşbəxtəm Ümid edirəm, aramızda olanlar da bu yazını görüb sevinir Burada olduğunuz və mənimlə qaldığınız üçün minnətdaram
691 views09:35
Aç / Yorum Yap
2020-06-22 01:05:02 Salam, Dostlar! Ümid edirəm ki, yaxşısınız və bildiriş səsi Sizi narahat etmədi Bəzi məlumatları səhərə saxlamaq istəmədiyim üçün elə indi paylaşmaq qərarı aldım. Vaxt ötürmədən elə həmin məlumatla başlayıram


Cannes Lions tərəfindən təşkil olunan "International Festival of Creativity" bu il 22-26 iyun aralığında online və ödənişsiz baş tutacaq.
Ətraflı məlumat və qeydiyyat üçün: https://lnkd.in/ekaFWrD


Whatsapp Braziliyada yaşayan istifadəçilər üçün “rəqəmsal ödənişlər” sistemini artıq aktiv edib. Bu sistem vasitəsi ilə istifadəçilər app üzərindən alış-veriş edə və bir-birinə pul köçürə bilərlər. Bu barədə bir müddət əvvəl başqa yazı da yazmışdım. Hindistanda Whatsapp vasitəsi ilə köçürmələr etmək və kredit götürmək mümkündür.


Instagram məlum hadisələr aktuallaşan gündən indiyədək kiçik sahibkarlara dəstək olmaq üçün bir çox fərqli və faydalı addım atdı. Bunlardan biri də yeni aktiv edilən funksiya oldu. Artıq Türkiyədə də yavaş-yavaş aktivləşən bu funksiya ilə insanlar instagram vasitəsi ilə yemək sifariş verə biləcək.


Google-dan Pinterest-ə rəqib gəldi. Adı ilə böyüyəcəyini gözlədiyimiz bu rəqibin adını Dədəm Qorqud "Keen" qoyub. Eyni Pinterest-də olduğu kimi burada da fotolar ön plandadır və artıq android istifadəçiləri üçün app əlçatandır. iOS istifadəçiləri isə komputer vasitəsi ilə sayta keçid edə bilər. Mən baxdım, bəyəndim. Görək nə qədər aktuallaşa biləcək, iOS istifadəçiləri üçün nə vaxt gələcək, nələr olacaq.


Sibirdə hava istiliyi ilk dəfə 37 dərəcəyə qədər yüksəlib və rekord qırıb. Bundan bir neçə həftə öncə rekord 26 dərəcə olmuşdu. Bu arada, belə istiliyi 2100-ci il üçün gözlədiklərini və 80 il əvvəl gəldiyini də bildiriblər. Təbii ki, bu da öz növbəsində insanı təşvişə salan vəziyyətlərdən biridir. Ümumiyyətlə, covid-19 da daxil, təbiətdən gələn şeylərə qarşı nə qədər çarəsiz olduğumuzu görəndə, insan bütün həyatı sorğulamağa başlayır



Instagram-da səhifənizi təbii olaraq böyütmək istəyirsinizsə, mütləq bunları edin:

Postları paylaşmaq üçün plan hazırlayın
Faydalı kontent yaratmağa çalışın
Mütləq öz tərziniz və danışıq diliniz olsun
Qısa və insanların başa düşəcəyi dildə danışmağa çalışın
İzləyicilərinizin istəklərini qarşılamağa çalışın
İzləyicilərinizlə ünsiyyət qurun və bunu daim saxlayın
Sizə maraqlı olan səhifələrdə aktiv olmağa, şərh yazmağa çalışın(dost-tanış profili də ola bilər)
Instagram-ın təklif etdiyi bir çox funksiyadan faydalanmağa çalışın



İngilis dili öyrənərkən Sizə kömək olacaq 7 online lüğət (app & web):

1) dictionary.cambridge.org
2) Dictionary.com
3) Merriam Webster
4) Macmillan English Dictionary
5) Collins Online Dictionary
6) Longman Dictionary
7) Tureng (Türkcə)
1.1K views22:05
Aç / Yorum Yap