Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 11

2022-01-13 09:59:45
Hər birimiz xəyal etdiyimiz və almaq istədiyimiz avtomobil üçün müxtəlif axtarışlar edib məlumat toplamağa çalışırıq. Bunun üçün isə ilk olaraq internetdəki forumlara, avtomobil qruplarına baş çəkirik. Bunun üçün ilk ünvan isə əlbəttə Google olur.

Compare The Market’in məlumatına görə, Toyota 2021’ci ildə ən çox axtarılan avtomobil markası olub. Ümumilikdə 154 ölkədən 47’sində ən çox axtarılan yaponiyalı markanı siyahıda BMW izləyir. 29 bölgədə ən çox axtarılan avtomobil markası olaraq bavariyalı ikinci yerdə qərarlaşıb. Üçüncü yer isə Mercedes-Benz tərəfindən rezerv edilib.

Adı çəkilən hər üç avtomobil istehsalçısı son dörd ildir siyahının yuxarılarında gəzişirlər. Məsələn, BMW 2019’cu ildə 118 ölkədə axtarılan ən məşhur avtomobil markası olaraq zirvəyə yerləşmişdi.

Siyahıya nəzər saldıqda bəzi ilkləri də görürük. Tesla 2021’ci il etibarı ilə, reytinqə qatılmanın sevincini yaşayır.

Ətraflı: https://www.instagram.com/carlifestyle.baku/p/CYqR9N_s3Ys/?utm_medium=copy_link
82 viewsRashad Ismail, 06:59
Aç / Yorum Yap
2022-01-12 22:22:33
2021’ci il bir çox marka üçün ürəkaçan şəkildə keçmədi. Çip böhranının səbəb olduğu istehsal problemləri markaların satış nəticələrini aşağı saldı. Lakin bir çox premium brendlər, təəccüblü şəkildə pozitiv rəqəmlər açıqlamağa davam edir. Bu istehsalçılardan biri də Rolls-Royce olub.

Belə ki, son bir ildə britaniyalı istehsalçı ümumilikdə 5586 avtomobil satmağa nail olub. Ənənəvi istehsalçılarla müqayisədə bu rəqəm çox aşağı səslənsə də, Rolls-Royce’un 117 illik tarixində bir ilkdir. Hətta, istehsalçının məlumatlarına görə, 2021’ci ildə Çin, Amerika və Asiya-Sakit okean bölgələrində 49% artımla rekord qıran satışlar həyata keçirilib.

Ətraflı: https://www.instagram.com/p/CYnvsvAsGBV/?utm_medium=copy_link
106 viewsRashad Ismail, 19:22
Aç / Yorum Yap
2022-01-11 21:45:02
112 viewsRashad Ismail, 18:45
Aç / Yorum Yap
2022-01-09 21:10:57
65 viewsRashad Ismail, 18:10
Aç / Yorum Yap
2022-01-08 21:53:12
Kia Mohave, bu gün hələ də satışda olan ən köhnə Kia modellərindən biridir. Kökləri, Cənubi Koreyada satışa çıxarıldığı 2008’ci ilə qədər gedib çıxır. Bu orta boy SUV, Cənubi Koreya bazarı ilə bərabər, digər ölkələrin, eləcə də bizim bazarda (ilk nəsli) özünə yer tapmışdır.
Kia, "Masterpiece" konseptinin davamı olaraq, 2019'cu ildə modelin iç və çöl dizaynını yeniləməzdən əvvəl, 2016'cı ildə üzərində kosmetik əməliyyat aparmışdı. Günümüzə qədər bu halı ilə gəlib çıxan SUV, növbəti yenilənmədən keçməyə hazırlaşır.
Telluride'dan bir qədər kiçik, Sorento'dan isə daha böyük olan Mohave, gövdə üzərinə yerləşdirilmiş platformaya malik olduğu üçün Kia'nın bu gün satışda olan ən dözümlü SUV'si olaraq qəbul edilir.

Ətraflı: https://www.instagram.com/carlifestyle.baku/p/CYep5KBrJgz/?utm_medium=copy_link
27 viewsRashad Ismail, 18:53
Aç / Yorum Yap
2022-01-08 13:52:11
23 viewsRashad Ismail, 10:52
Aç / Yorum Yap
2022-01-07 10:08:02
Belkə də bir neçə il əvvəl bizə bir düymə ilə avtomobil rənginin dəyişdirilməsinin mümkünlüyü barədə danışılsaydı böyük ehtimalla bunu ciddiyə almazdıq. Bu gün gəlinən vəziyyətlə isə bunun yavaş-yavaş gerçəkləşəcəyi görünür. Sözügedən texnologiya, on ildən çoxdur təkmilləşdirilir. Hər nə qədər kütləvi istehsala keçilməsə də, BMW'nin yeni iX Flow konsepti, bu yoldakı ən yaxşı nümunədir.

Ətraflı: https://www.instagram.com/p/CYa3Y_FsVee/?utm_medium=copy_link
39 viewsRashad Ismail, 07:08
Aç / Yorum Yap
2022-01-03 15:10:29
Rusiya fabriklərində qəribə bir problem yaşanmağa başlayıb. Dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan Rusiya, avtomobil sektorunda işçi çatışmazlığı ilə üz-üzə qalıb. Ölkənin ən böyük yük avtomobili istehsalçılarından olan Kamaz, yaşanan bu vəziyyətdən çıxış yolu olaraq qəribə bir təklif ilə rus hökumətinə müraciət edib.

Reuters'in xəbərinə görə KAMAZ’ın CEO'su Serqey Koqoqin, işçi qüvvəsi kimi məhkunlardan istifadə etmək niyyətindədir. Hələlik, bu barədə rəsmi bir açıqlama verilməsə də, Serqey Koqoqin, komandasının bu layihə üçün lazımi təşəbbüsləri göstərdiyini bildirib.
Avtomobil sənayesi üçün olduqca qəribə bir hal kimi xarakterizə ediləcək olan bu həmlə ilə birlikdə 4.000 məhkum işə qəbul ediləcək. Beləliklə, markanın Nabarejnıe Çelnı bölgəsində yerləşən müəssisələrindəki 4.000 nəfərlik işçi böhranı bu yolla həll ediləcək. Kamaz, bu müddət ərzində özbək işçiləri də ölkəyə gətirməyi planlaşdırır.

Ətraflı: https://www.instagram.com/p/CYPK8cPr-NS/?utm_medium=copy_link
21 viewsRashad Ismail, 12:10
Aç / Yorum Yap
2021-12-28 20:56:33
Avtomobilində özünə şərait qurub, azuqəsinə qədər təminat görənlər üçün gəlsin bu video
84 viewsRashad Ismail, 17:56
Aç / Yorum Yap
2021-12-25 21:30:55
12 viewsRashad Ismail, 18:30
Aç / Yorum Yap