Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 13

2021-11-30 09:56:29
40 viewsRashad Ismail, 06:56
Aç / Yorum Yap
2021-11-29 22:03:17
Renault’nun 4L modeli 1961-1992’ci illər arasında 8 milyondan çox satılaraq şirkətin ən uğurlu modellərindən birinə çevrilmişdi. Bu modelin 60’cı ildönümünü qeyd etmək üçün Renault, TheArsenale dizayn firması ilə əməkdaşlıq edərək 4L’ün gələcəkdə necə bir avtomobilə çevrilə biləcəyi ideyasını vizuallaşdırıb.

Nəticə olaraq Air4 adlandırılan 4 pərli uçan avtomobil ortaya çıxıb. Bu layihədə avtomobilin gövdəsinin tamamilə karbon lifindən hazırlandığı və bununla da tələb olunan yüngüllüyün əldə oluna bildiyi ifadə edilir.

Avtomobilin dizaynı isə orijinal 4L’dən daha maili görünür. Retro dizayn elementlərinin olması da bu avtomobili daha cazibədar edir. Bundan əlavə, normal avtomobillər kimi ön və arxa işıqlandırma elementləri də yer alıb.

Renault Air4’ün uçuşu isə avtomobilin 4 küncünə əlavə edilmiş uzantılarda yerləşdirilmiş rotorlar tərəfindən təmin edilir. Renault bu layihədə 90.000 mAh tutumlu akkumulyatorlardan istifadə edib. Bu sayədə avtomobilin 94 km/saat sürətə çata bildiyi bildirilir.
29 viewsRashad Ismail, 19:03
Aç / Yorum Yap
2021-11-25 20:15:46
BMW Motorsport, 24 May 2022’ci ildə 50’ci yaşını qeyd edəcək. Bu xüsusi günü yaddaqalan etmək istəyən bavariyalı istehsalçı, M istifadəçiləri üçün "retro M Sport" paketini təqdim etməyə hazırlaşır. Paketin önə çıxan detalı isə, köhnə BMW Motorsport logosu olacaq.

BMW, bu spesifik modellərin sifarişlərini 2022'ci ilin ilk günlərindən etibarən qəbul etməyə başlayacaq. İstehsalına 2022’ci ilin mart ayında başlanacaq olan modellərin qiymətləri isə hələlik rəsmiyyətə qovuşmayıb.

BMW Motorsport GmbH 1972’ci ildə yaransa da, 1973’cü ilə qədər yarışlara qatıla bilməyib. Emblemin içindəki mavi, kırmızı və bənövşəyi rənglərin hər birinin öz mənası var. Belə ki, mavi rəng BMW'ni, qırmızı markanın yarış keçmişini, bənöbşəyi isə bu iki önəmli qolu birləşdirir.

Ətraflı: https://www.instagram.com/p/CWtO0OSsEHg/?utm_medium=copy_link
54 viewsRashad Ismail, edited  17:15
Aç / Yorum Yap
2021-11-22 21:54:36
Consumer Reports hər il avtomobil istehsalçıları üçün ən yaxşı və ən pis etibarlılıq reytinqlərini tərtib edir. Qlobal avtomobil istehsalçılarının yer aldığı siyahının 2021’ci il üçün gözlənilən nəticələri açıqlanıb.

Haqqında danışdığımız reytinqlərin necə işlədiyini və xalların necə aparıldığını soruşa bilərsiniz. Elə isə, biraz bu barədə danışaq. Bu sıralamalar üzvlərin anketlərindən alınan cavablarla müəyyən edilir. Qiymətləndirmədə orta bal kimi 41-60 götürülür. Ümumiyyətlə isə, dəyərləndirmələr 0 və 100 arasında seçilir.

Başlamazdan əvvəl son bir xatırlatma da etmək istərdim. Reytinqlərə daxil ola bilmək və xal toplamaq üçün bir brendin ən azı iki modeli üçün kifayət qədər məlumat lazımdır. Belə ki, bəzi avtomobil istehsalçıları məlumat çatışmazlığı səbəbindən bu il siyahıya daxil ola bilməyib. Buna səbəbdən də, Alfa Romeo, Dodge, Jaguar, Land Rover, Maserati, Mitsubishi və Polestar siyahıda olmayacaq.

Siyahı ilə tanış olmaq üçün: https://www.instagram.com/p/CWlkxISrRw0/?utm_medium=copy_link
57 viewsRashad Ismail, 18:54
Aç / Yorum Yap
2021-11-21 21:31:22
Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyinin və Su İdmanı Sarayının təşkilatçılığı ilə drift üzrə Bakı kuboku yarışı keçirilib.
Yarışda ən yüksək nəticə göstərən Fəxri Gülməmmədov kubokun sahibi olub. Tədbir çərçivəsində avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, "Volkicar” və sportkarla "burnout” və drift şouları təqdim olunub.
Əsas məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, bu sahəyə olan marağın artırılması və ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançıların və mütəxəssislərin müəyyənləşdirilməsidir.
Avtoidman yarışları, eyni zamanda, ictimai yollarda sürətlə avtomobil idarə edərək qayda pozan sürücülərin sürətə olan maraqlarını rəsmi idman meydançalarında göstərmələrinə imkan yaradır. Bu isə, öz növbəsində, yol təhlükəsizliyinin artırılmasına da töhfə verir.

Ətraflı: https://www.instagram.com/p/CWi9fyVLoDs/?utm_medium=copy_link
46 viewsRashad Ismail, edited  18:31
Aç / Yorum Yap
2021-11-20 21:30:43
Məşhur bloqqer avtomobil qəzadında həyatını itirdi

Bu gün günorta saatlarında Moskva şəhərinin Kutuzov prospektində ağır nəqliyyat hadisəsi baş verib. Mercedes-Benz, BMW və Volvo markalı avtomobillərin toqquşması nəticəsində tanınmış avtobloqqer Səid Qubdenskiy həyatını itirib. Onun avtomobilində olan Dağıstan Avtomobil və Motosiklet İdmanı Federasiyasının prezidenti Zaur İbrahimov isə xəstəxanada dünyasını dəyişib.

Hadisə avtobloqqerin yağışlı havada hərəkət zamanı idarəetməni itirərək qarşı yola çıxması və qarşıdan gələn avtomobillərlə toqquşması nəticəsində baş verib.

Halbuki, bir neçə ay əvvəl bloqqer Edvard Bilin iştirakı ilə baş verən qəzaya münasibət bildirərək insanları sükan arxasında sürətdən və “şaşki” deyilən hərəkətdən (ziq-zaq) çəkinməyə çağırmışdı.

Daha ətraflı: https://www.instagram.com/p/CWgZDUlscdz/?utm_medium=copy_link
17 viewsRashad Ismail, edited  18:30
Aç / Yorum Yap
2021-11-19 20:44:48
Bu maraqlı retro konsept dizaynı ilə Hyundai, tarixinin ilk flaqmanı olan Grandeur'u yenidən yaratmağa qərar verib. 1986’cı ildə işıq üzü görən birinci nəsil model, 35 yaşında Hyundai'ın Heritage Series adını verdiyi proqramına daxil olub. Klassik modelin qutuformalı dizaynını modern texnologiya ilə birləşdirən Hyundai, ortaya möhtəşəm bir iş çıxarıb.

Avtomobilin ənənəvi görünüşünü qoruyan cənubi koreyalı mühəndislər, ön barmaqlıq üzərində kiçik dəyişikliklər ediblər. Fara dəsti bir-başa olaraq Hyundai Ioniq 5'dən alınmış kimi görünən modelin, interyeri isə təəccübləndirici dərəcədə müasir avadanlıqlara sahibdir. Köhnə və yeni fikirlərin harmoniyasından yaranan bu kabinədə təkqollu bir sükan, hətta mexaniki sürət qutusu qolu belə yer alıb.

Hyundai bu retro dizaynı geniş bir rəqəmsal alət paneli ilə tamamlayıb. Bir-başa olaraq markanın yeni nəsil elektrikli modellərindən alınan bu texnologiyanı multi-media ekranı müşayiət edir.

Ətraflı: https://www.instagram.com/p/CWd1IEYMnDI/?utm_medium=copy_link
24 viewsRashad Ismail, 17:44
Aç / Yorum Yap
2021-11-17 20:16:16
Markalarla həyatımızın hər sahəsində iç-içə oluruq. Ancaq bəzi markalar fərqli adlara sahib ola bilir. Bu kontekstdə, ötən günlərdə britaniyalı money.co.uk saytının apardığı bir araşdırmanı təqdim edirik. Aparılan araşdırmada ən çox yalnış axtarılan brend adları yer alıb.

Araşdırmanın nəticələrinə nəzər saldıqda, cənubi koreyalı avtomobil nəhəngi Hyundai’ın ən çox yanlış axtarılan marka olduğunu görürük. Ayda təxminən 605.000 dəfə səhv axtarılan Hyundai, daha çox "Hundai" olaraq yazılır. Bundan əlavə, "Hiundai" kimi də axtarış aparılır.

Siyahımızın növbəti pilləsində isə italiyalı superkar istehsalçısı Lamborghini var. Lamborghini də ayda təxminən 365.000 dəfə səhv axtarılır. Adətən, bu səhv axtarış "Lamborgini" və "Lambogini" kimi hərf səhvləri ilə müşahidə edilir.

İtaliyalı növbəti superkar istehsalçısı Ferrari isə siyahıda üçüncü yerdədir. Ferrari də tez-tez "Ferari" olaraq axtarılır.

Ardı: https://www.instagram.com/p/CWYjt22sj8t/?utm_medium=copy_link
83 viewsRashad Ismail, 17:16
Aç / Yorum Yap
2021-11-10 21:44:09
Bu gün, Türkiyə Cümhuriyyəti’nin qurucusu, Mustafa Kamal Atatürk'ün vəfatının 83. il dönümüdür. Dərin hörmət və rəhmətlə yad edirik...

Bütün mənliyini, xalqının ehtiyacları uğrunda fəda edən öndər, özünə məxsus bir şəxsi avtomobil kolleksiyasına heç də maraqlı olmayıb. Belə ki, Atatürk’ün sadəcə xidməti avtomobillərini istifadə etdiyi məlumdur. Bu avtomobillər də əsasən Cadillac və Lincoln olub.

Ardı: https://www.instagram.com/p/CWGuULWLqZw/?utm_medium=copy_link
33 viewsRashad Ismail, 18:44
Aç / Yorum Yap
2021-11-10 21:30:03
Biz niye sevinməyi də bacara bilmirik?!
49 viewsRashad Ismail, 18:30
Aç / Yorum Yap