Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 12

2021-12-24 22:40:43
34 viewsRashad Ismail, 19:40
Aç / Yorum Yap
2021-12-24 09:09:09
Yenilənmiş Lada Niva Legend’ə aid olduğu iddia edilən fotolar yayılıb.

Rəssam Nikita Çuikonun hazırladığı bu dizayn görüntüləri Quto.ru saytında dərc edib.

Qeyd edək ki, AvtoVAZ tərəfindən istehsalına 2024’cü ildən başlanılması nəzərdə tutulan yeni Niva, yeni nəsil Duster krossoverində də istifadə edilən CMF-B platformasında istehsal ediləcək və tamamilə fərqli bir avtomobil olacaq.
28 viewsRashad Ismail, 06:09
Aç / Yorum Yap
2021-12-22 20:53:02
ABŞ'ın Kaliforniya ştatında avtomobil oğurluğu getdikcə daha ciddi hal alıb. Xüsusilə, park halındakı avtomobillərin şüşələrini sındıraraq içindəki dəyərli əşyaları götürən oğrular, artıq "açıq baqajlar"la qarşılaşmalı olurlar. Çünki, yerli əhali, oğruların işini asanlaşdırmaq üçün qəribə bir üsul seçiblər.

Ştatda keçən həftə çəkilən bu fotoda yanaşı dayanan iki SUV'nin baqajlarını açıq qoyduğunu görürük. Avtomobillərdən birinin sahibi Inside Edition’a müsahibəsində, bu metodu Kaliforniya ştatında bir çox insanın istifadə etdiyini deyib. Əslində insanlar, baqajları açıq qoyaraq oğrulara avtomobildə dəyərli bir şeyin olmadığını göstərməyə çalışırlar.

Ətraflı: https://www.instagram.com/carlifestyle.baku/p/CXy06GRr-sm/?utm_medium=copy_link
53 viewsRashad Ismail, 17:53
Aç / Yorum Yap
2021-12-22 11:06:29
18 illik fasilədən sonra Neo və Trinity geri dönür. Uzun müddətdir maraqla gözlənilən The Matrix Revolutions'ın ABŞ premyerasında, avtomobil sevərlərin marağına səbəb olan bir hadisə yaşanıb. San Francisco'da yerləşən Castro Teatrı'nın qarşısına bir G-Seriya modeli gətirən Mercedes, avtomobili qırmızı bir həbin içinə yerləşdirərək hər kəsi təəccübləndirib.

12 metr uzunluğa, 4 metr enə və 3.5 metr hündürlüyə malik bu qırmızı həbin içində AMG G63 yer alıb. Sözügedən model Matrix’in dördüncü bölümündə önəmli bir rol oynayacaq.

Ətraflı: https://www.instagram.com/p/CXwSsWmrcaa/?utm_medium=copy_link
40 viewsRashad Ismail, 08:06
Aç / Yorum Yap
2021-12-18 22:01:31
BMW, olduqca qəribə bir təzminat iddiası ilə qarşı-qarşıya qalıb. Keçən həftə Californiya'da qaldırılan bir iddiada, BMW X7'nin stəkan tutucularından şikayət olunub. İddiaçı tərəf məhkəməni qazanacağı təqdirdə, BMW 5 milyon dollarlıq bir məbləğ ödəməli olacaq.

Şikayətin detalları və stəkan tutucularla bağlı iddialar olduqca qəribədir. Belə ki, X7 sahiblərinin böyük bir qismi, bu tutucuların "islanmasının" problem yaratdığını bildirir. Yəni, qüsurlu dizayn edildiyi düşünülən bu tutuculara içində maye olan əşyalar qoymaq mümkün deyil.

Açıqlamada bəhsi keçən "problem" bu cür ifadə edilib: "Stəkanınızdan sızan mayelər bu tutucuların içindəki açıq yerdən SRS (hava yastığı) moduluna aid kabellərə nüfuz edir. Bu kabellər isə islandıqca zədələnir və təhlükəsizlik yastıqlarının düzgün işləməsinə mane olur. Bəzən isə bu problem hava yastığının tamamilə sıradan çıxmasına səbəb olur."

Ətraflı: https://www.instagram.com/p/CXonZZPLlQJ/?utm_medium=copy_link
18 viewsRashad Ismail, 19:01
Aç / Yorum Yap
2021-12-17 21:49:41
BMW X6 M by Ramon Performance

V8 4.4L 850 hp, 1111 Nm 0-100 km/h : 2.8 s
39 viewsRashad Ismail, 18:49
Aç / Yorum Yap
2021-12-16 08:01:33
Formula1 çempionu Max Verstappen, qalibiyyətini qeyd etmək üçün önəmli bir xeyriyyə işi görməyə hazırlaşır. Uzun müddətdir Honda ilə çalışan pilot, yapon markanın ona hədiyyə etdiyi eksküliziv modellerdən birini hərrac yolu ilə satışa çıxaracaq. Satışdan əldə ediləcək olan gəlir isə bir xeyriyyə qurumuna bağışlanacaq.

CarNext adlı veb sayt üzərindən satışa çıxarılacaq avtomobil haqqında hələkik geniş bir məlumatımız yoxsur. Bununla bağlı yayımlanan videoda Max Verstappen'in avtomobil üzərinı imzasını atdığını görürürk. Max ağ rəngli bu xüsusi Civic Type R’i "son dəfə" test etdiyini açıqlayıb.

Ətraflı: https://www.instagram.com/p/CXg2FycrgnC/?utm_medium=copy_link
20 viewsRashad Ismail, 05:01
Aç / Yorum Yap
2021-12-04 21:35:50
Tesla'nın qeyri-adi işlərindən biri olan Cybertruck, uzun müddətdir təkmilləşdirmə mərhələsindədir. Təqdim olunduğu gündən bəri bütün diqqətləri üzərinə çəkən modelin, 2022’ci ildə işıq üzü görəcəyi ehtimal edilir. Tesla CEO'su Elon Musk isə, Cybertruck haqqında maraqlı açıqlamalar verməyə və həyəcanı artırmağa davam edir.

Bir tweet'ə cavab verən Musk, Cybertruck'ın ilk nümunələrinin dörd mühərrikli olacağını ifadə edin. Bu spesifik modelin, torq paylaşımını dörd təkərə eyni anda ötürülməcəyini bildirən CEO, istehsal prosesinin nə qədər davam edəcəyi barədə isə məlumat verməyib.

Qeyd edək ki, Elon Musk, Cybertruck'ın təqdimatı zamanı, modelin üç fərqli versiya ilə gələcəyini demişdi. 40.000 dollara yaxın bir qiymət ilə satışa çıxarılması gözlənilən baza versiyası yalnız bir elektrikli mühərrikdən istifadə edəcək.

Ətraflı: https://www.instagram.com/p/CXEjY5SLEMp/?utm_medium=copy_link
110 viewsRashad Ismail, 18:35
Aç / Yorum Yap
2021-12-03 20:18:55
Covid-19 virusu ilə bağlı tədbirlərin və peyvənd çağırışlarının davam etdiyi bir zamanda, ABŞ’da hər kəsi şoka salan bir hadisə baş verib. Belə ki, Texas’da bir şəxsin Covid-19 yardımları hesabına Lamborghini aldığı aşkarlanıb.

Texas ştatında yaşayan Lee Price adlı şəxs saxta sənədlər düzəldərək əldə etdiyi yeni növ koronavirus yardımı vəsaiti ilə Lamborghini avtomobili almaqla yanaşı, həmçinin digər başqa lyuks alış-verişlər də edib.

Ətraflı: https://www.instagram.com/p/CXAuPthMR8-/?utm_medium=copy_link
113 viewsRashad Ismail, 17:18
Aç / Yorum Yap
2021-11-30 21:18:09
Avtomobil dünyası son illərdə rekord müzakirələrinin ən çox aparıldığı sektorlardan birinə çevrilib. Xüsusilə, son 2 ildə bir çox markaların öz aralarında “dünyanın ən sürətli avtomobili” uğrunda mübarizə apardığını görürük. SSC Tuatara’nın geniş şəkildə tənqid edilən sınaqları, Bugatti’nin öz-özlüyündə (!) rekordu və digər markaların "sürət rekordları bizi maraqlandırmır" kimi ifadələri bu mövzunun əsas qığılcımlarındandır.

Biz isə, bu gün dünyanın ən qəribə və maraqlı avtomobil rekordlarına nəzər salacağıq. Əslində bu paylaşımda yer alan rekordlardan bir neçəsi barədə keçmiş paylaşımlarda tək-tək bəhs edib geniş məlumat vermişdim sizlərə. Bu dəfə isə, bir neçə məlumat da əlavə edərək ümumiləşdirilmiş şəkildə təqdim edirəm. Sizin üçün də maraqlı olacağına inanıram.

Keçid üçün: https://www.instagram.com/p/CW6LDJGrtTV/?utm_medium=copy_link
40 viewsRashad Ismail, 18:18
Aç / Yorum Yap