Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 15

2021-09-23 12:35:49
35 viewsRashad Ismail, 09:35
Aç / Yorum Yap
2021-09-23 09:15:33
Təsəvvür edin Golf R32’yə sahibsiniz və bir GTI’a qarşı drag yarışında məğlub olsanız nə baş verər? Bu Golf R32’nin sahibi üçün hər şey belə başladı.

Jacque De Beer, yeni Golf R32’si stokda olduğu və demək olar ki, heç yürüşü olmadığı zaman qatıldığı bir drag yarışında bir GTI tərəfindən məğlub olub. çox xoşbəxt deyildi. Bu məğlubiyyətlə barışmayan De Beer’in VR6 olaraq bilinən 3.2 litrlik V6 mühərrikini turboşarj edərək, drag yarışlarında GTI’ləri məğlub etməyə nail oldu. İllərlə davam edən təkmilləşdirmə və incə tənzimləmələrin ardından avtomobilin hazırkı vəziyyəti kənardan adi görünsə də onun performansı VW’nin Mk5 R32 üçün reklam etdiyindən daha çoxdur.
Stok MKV Golf R32, Volkswagen’in VR6 mühərrikini Golf’a qoyduğu son il olaraq bilinir.

Ətraflı: https://www.instagram.com/p/CUHUHRRD9oZ/?utm_medium=copy_link
56 viewsRashad Ismail, 06:15
Aç / Yorum Yap
2021-09-15 22:36:04
16 viewsRashad Ismail, 19:36
Aç / Yorum Yap
2021-09-14 22:02:42
BMW i3, markanın ilk elektrikli avtomobili olaraq qəbul edilsə də, əslində elə deyil. Çünki, ilk elektrikli BMW, hələ 1969'cu ildə 1602 Electric modeli ilə ortaya çıxmışdı.

BMW, bu avtomobili 1972’ci ildə Münhen’də keçirilən Olimpiya Oyunlarında rəsmi olaraq nümayiş etdirmişdi. Avtomobilin sürəti yarışın qaçışçılarından daha zəif idi deyə bilərik. 1602 Electric, 0-50 km/saat (31 mph) sürətə 8 saniyədə çatırdı və 100 km/saat (62 mph) maksimal sürətə malik idi. 50 km/saat sabit sürətlə sürülərsə, 30 km (19 mil) məsafə qət edə bilirdi. Qəribədir ki, 70'ci illərdə BMW 1602 Electric rejenerativ əyləc sisteminə belə sahib idi.
34 viewsRashad Ismail, 19:02
Aç / Yorum Yap
2021-09-14 09:32:08
Bir müddət əvvəl, Mercedes-Benz, G Seriyasının 2022-ci model ilini fabrikdən daha çox yolsuzluq qurğuları olan "Professional Line" dəsti ilə təqdim etdi. Bununla kifayətlənməyənlər üçün isə, almaniyalı G&B Design-in yeni və olduqca ekzotik bir təklifi var. Çox qeyri-adi gövdə və rəngə sahib bir G-Class olan G-Boss.

Bütün W463 nəsil modellərində mövcud olan yükseltme dəstini burada da görürük. Kəskin ön spoyleri ilə daha aqressiv bir kapot əldə edən avtomobildə dəyişdirilmiş radiator barmaqlığı və qaralmış farlar da var. Ön bamperin alt tərəfləri, uzanan yan ətəklərlə birləşərək avtomobilə fərqli bir görünüş qazandırıb. Bu xətt həmçinin yeni arxa difuzerə qədər davam edir. Ehtiyat təkər qapağı və güzgü qapaqları isə yüksək keyfiyyətli karbonla örtülmüşdür.

Ətraflı: https://www.instagram.com/p/CTysTG3MBon/?utm_medium=copy_link
27 viewsRashad Ismail, 06:32
Aç / Yorum Yap
2021-09-13 20:29:21
Avropanın sevimli kompakt avtomobili Megane tarixində ilk dəfə olaraq krossoverə çevrilib.
Beləliklə, tanış olun Megane E-Tech Electric. Bildiyiniz və tanıdığınız Megane’dan olduqca uzaq olan yeni model, Renault-Nissan-Mitsubishi tərəfdaşlığının simvolu halına gələn CMF-EV platformasından istifadə edir.
20 düymlük təkərləri olan modelin hündürlüyü 1,5 metr ilə məhdudlaşır. Renault’nun yeni loqosunu taxan ilk istehsal modeli olan elektrikli Megane’ın eksteryeri qədər interyerində də ciddi dəyişikliklər var. Trezor, Symbioz və Morphoz modellərindəki nəhəng və tam rəqəmsal dizayna Renault OpenR adını verib. Sistem 12,3” göstərici panelindən və 12“ multimedia ekranından ibarətdir.

Ətraflı: https://www.instagram.com/p/CTxRQARrEGO/?utm_medium=copy_link
33 viewsRashad Ismail, 17:29
Aç / Yorum Yap
2021-09-10 14:48:31
29 viewsRashad Ismail, 11:48
Aç / Yorum Yap
2021-09-09 14:40:03
AvtoVAZ nəhayət göz bəbəyi olan Niva Legend modelini yeni mühərriklə şərəfləndirməyə qərar verib. Yeni mühərrik deyəndəki... Toyliatti'dəki "Super-Auto" avtomobil zavodunun konstruktorları, LADA Niva Legend modelinin, Vesta və X-Ray’in 1,8 litrlik 122 at gücündə mühərriki ilə təchiz edilən yenilənmiş versiyasını təqdim ediblər. Şirkətin baş mühəndisi Mixail Ledyaev verdiyi müsahibədə bildirib ki, bu ilin sonuna qədər sözügedən modeldən təxminən 300’ünün montaj xəttindən çıxması planlaşdırılır.
Bütün istehsal olunan avtomobillər fərdi sertifikasiyadan keçəcək. Bununla birlikdə #Niva’nın texniki təchizatında yenə də 5 pilləli mexaniki transmissiya, tam ötürücülü sistem və s əlavələr olacaq.
Şirkətin mütəxəssislərinin, mühərrik yağı istehlakının artması ilə əlaqədar problemləri aradan qaldırdığı və bundan sonra Niva Legend sahiblərinin belə bir problemlə üzləşməyəcəkləri bildirilib.

Ətraflı: https://www.instagram.com/p/CTkgWPCsK11/?utm_medium=copy_link
43 viewsRashad Ismail, 11:40
Aç / Yorum Yap
2021-09-08 21:03:23
Mercedes-Benz S-Seriyası'nın elektriklisi olaraq dəyərləndirilən EQS modeli, bu ilin yaz aylarında rəsmi olaraq təqdim edilmişdi. İndi isə bu mükəmməl avtomobilin yüksək performanslı AMG versiyası Münhen Avto sərgisində təqdim edilib. Bu avtomobil, həm də AMG emblemli ilk tamamilə elektrikli modeldir.

AMG toxunuşları ilə model 762 at gücü və 554 Nm fırlanma anına yiyələnib. Təbii ki, bu göstəricilər sadəcə "Race Start" rejimində Boost funksiyası sayəsində əldə edilir. Avtomobilin bu göstəricilərlə 0-100 km/s sürətlənməni 3.5 saniyə civarında tamamlayacağı bildirilir. "Race Start" rejimi qapalı olduğu halda isə avtomobil 657 at gücü və 516 Nm fırlanma anı təqdim edir. Maksimum sürət göstəricisi isə 250 km/s ilə limitləndirilib.

Ətraflı: https://www.instagram.com/p/CTgxOL_MhTJ/?utm_medium=copy_link
45 viewsRashad Ismail, 18:03
Aç / Yorum Yap
2021-09-06 21:30:48
Mercedes-Benz, elektrikləşməyə doğru əmin addımlarla irəliləyərkən əlbəttə ikonik G-Seriyası'ndan ayrıca bir yol izləməsini gözləyə bilməzdik. Gördüyünüz bu avtomobil Mercedes-Benz'in EGQ konseptidir. Yəni yaxın zamanda çıxacaq olan EQG'nin istehsala yaxın bir versiyası. Bu konsept elektrikli G-Seriyası’nın necə olacağına dair ip uclarını özündə ifadə edir deyə bilərik.

İlk baxışda eynən bir G-Seriyası məhsulu kimi görünən avtomobildə, arxa tərəfdə sağlam bir ox ilə öndə müstəqil bir asqı sistemi gövdənin bünövrəsinin təşkilində baş rol oynayır. Kapotun altında mühərrik olmadan, G-Seriyası radiator barmaqlığı, EQG Konsepti'ndə işıqlandırılmış bir qara panel barmaqlığa çevrilib. Fotolarda da göründüyü kimi işıqlı mavi hissələr, ortadaki üç künclü panelin bir 3D effekti ilə işıqlandırıldığı zaman barmaqlıq görünüşü qazanır. Bəyaz rəngdəki kənarlığın ön fənərləri əhatə etməsi ilə birlikdə bolca LED ışığı ilə barmaqlığın cəbhəsi tamamlanır.

Ətraflı: https://www.instagram.com/p/CTfS5T0sqQN/?utm_medium=copy_link
72 viewsRashad Ismail, 18:30
Aç / Yorum Yap