Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 19

2021-07-04 22:03:34
Maybach, AMG və G-Series Mercedes-Benz’dən ayrılır.

MercedesBenz'in ana markası olan Daimler AG, gələcəklə bağlı önəmli bir qərar alıb. İstehsalçı; AMG, Maybach və G-Series modellərini tək bir marka altında cəmləşdirəcəyini rəsmən açıqlayıb. Bu yeni markanı isə sentyabr ayında keçiriləcək olan Münhen Avto Şou'sunda görə biləcəyik.

Daimler CEO'su Ola Kallenius, bu qərarın mənfəət marjını artırmaq üçün bir həmlə olduğunu ifadə edib. Daimler bu modelləri bir marka altında toplayaraq həm xərcləri azaldacaq, həm də satışların yüksəlməsinə şərait yaradacaq. Bəhsi keçən yeni qrupu isə AMG'nin rəhbəri Philipp Schiemer'ın idarə edəcəyi gözlənilir. 

Automotive News Europe'un xəbərinə görə bu yeni qrupda Mercedes'in performans qanadı AMG, Rolls-Royce və Bentley'ə rəqib olan Maybach və ən ikonik məhsullarından olan G-Seriyası modelləri yer alacaq.

Ətraflı: https://www.instagram.com/p/CQ6oWGpL6Iz/?utm_medium=copy_link
42 viewsRashad Ismail, 19:03
Aç / Yorum Yap
2021-07-03 13:56:49
Cəmi iki ədəd istehsal edilən (başqa bir versiyaya görə - üç) avtomobilin biri 25 iyun tarixində hərraca çıxarılıb. Dörd gündən sonra, kabriolet onun üçün çox böyük məbləği ödəməyə hazır olan yeni sahibini tapıb.

Duesenberg şirkəti 1913’cü ildə ABŞ’ın İndiana ştatında yaradılmışdı və yalnız lüks və yarış avtomobillərinin istehsalı üzrə ixtisaslaşmışdı. Duesenberg qardaşlarının avtomobilləri əsasən əl ilə yığıldığından alıcılar tərəfindən yüksək qiymətləndirilirdilər.
1921’ci ildə Duesenberg avtomobili hətta Fransa Qran Prisini də qazanmışdı. Yarışdakı müvəffəqiyyət yeni sərmayədarları cəlb emiş və markanın nüfuzunu artırmışdı. Bundan sonra, marka böyük sürətlə populyarlaşmağa başlamış və yalnız Amerika bazarını deyil, Avropa bazarını da fəth etmişdi.

Ətraflı: https://www.instagram.com/p/CQ24RRDr9xl/?utm_medium=copy_link
27 viewsRashad Ismail, 10:56
Aç / Yorum Yap
2021-07-03 10:07:18
Panoramik şüşə damından daha da genişlik təmin edən Fiat 500X Yachting adlı bu versiya ilə eyni dizayn detallarına sahib olan 500C versiyasını da fotolarda görürük.

Fiat 500X Yachting’in detallarına nəzər saldıqda, avtomobilin qatlanan dam mexanizminin, 500 modelinin qatlanan tavan mexanizmi kimi arxadan aşağıya enmədiyini görürük. Yəni, bu mexanizm tavan boyunca yatay şəkildə qatlanır.

Fiat, bu xüsusi versiya üçün parça damı "Blu Venezia" adlı bir rəngdə təklif edir. Bundan əlavə, avtomobilin yan tərəflərində nazik zolaqlar, duman işıqları və yan güzgülərin çərçivələrində gümüşü boz rəng, pəncərələrin kənar hissələri və qapı tutacaqlarında lyuks görünüşü artıran xrom materiallar yer alıb.

500X Yachting’in iç məkanına baxdığımızda isə, adından da bəlli olduğu kimi burada bir yaxta teması hakimdir.

Ətraflı: https://www.instagram.com/p/CQ1khz1Le87/?utm_medium=copy_link
29 viewsRashad Ismail, 07:07
Aç / Yorum Yap
2021-07-02 10:35:34
Bring a Trail hərracı üzərindən satışa çıxarılan bu 1979’cu il istehsalı BMW320i cəmi 36 min mil yol qət edib. Hazırki sahibi tərəfindən 2020’ci ilin iyun ayında satın alınan avtomobilin boyası yenilənib, 2.0L sıralı dörd silindrli mühərriklə gücləndirilib. Avtomobildəki avadanlıqlara Recaro idman üslüblu oturacaqlar, 15” Alpina tərzi təkər diskləri, Bosch duman işıqları, lyuk, Bilstein amortizatorlar, H&R oxlar və ANSA sport səsboğucular daxildir. Avtomobilə 195/50 ön və 205/50 arxa Dunlop Direzza təkərlər taxılıb.

Qeyd edək ki, hazırda avtomobilin hərrac dəyəri 27.000$ olaraq göstərilib. Ancaq hərracın bitmısinə hələ 15 saat vaxt qaldığı üçün bu məbləğin artacağı şübhəsizdir.

Bəs siz bu 42 yaşlı unikal BMW 320i üçün nə qədər pulunuzdan keçərdiniz? Əlbəttə olan yerdə

linkə daxil olun fikirlərinizi bildirin: https://www.instagram.com/p/CQ0OPV3rHyf/?utm_medium=copy_link
37 viewsRashad Ismail, 07:35
Aç / Yorum Yap
2021-07-01 21:27:15
51 viewsRashad Ismail, 18:27
Aç / Yorum Yap
2021-06-29 12:51:29
MercedesBenz'in ikonik modellərindən olan W201 kodlu 190'ın 90'cı illərdə prototip olaraq elektrikli versiyaları da istehsal edilmişdi.

Yerli hökumətin təşviqi sayəsində istehsalçı Almaniyanın Rügen bölgəsinə fərqli konfiqurasiyalarda elektrikli 190 modelləri göndərmişdi və bu modellər taksi sürücüləri də daxil olmaqla böyük bir qrupla sınaqdan keçirildi. Mexaniki transmissiya, hətta bu gün də elektrikli avtomobillərdə istifadə edilən sabit sürət qutusunun da yer adığı bu 190'lardan bir il ərzində 100.000 km’dən çox yol qət edənlər də olmuşdu.

Mercedes-Benz'in test nəticələrinə görə bu avtomobillərin heç birində ciddi nasazlıqlar baş verməmişdi.

Göstəriciləri günümüzün texnologiyasına görə xeyli zəif görünsə də avtomobil 44 at gücünə sahib idi və tam dolu batareya ilə 110 kilometr məsafə qət etmək mümkün idi. Sözügedən modellərin çəkisi isə normal bir 190'dan 200 kq daha çox idi.

Ətraflı: https://www.instagram.com/p/CQrSXCbrtNu/?utm_medium=copy_link
96 viewsRashad Ismail, edited  09:51
Aç / Yorum Yap
2021-06-27 20:22:13
İzləyicilərimiz yükləyə bilsin deyə 9:16 ölçüdə ekran fotosu. Başqa yerdə bu ölçüdə yoxdur
122 viewsRashad Ismail, 17:22
Aç / Yorum Yap
2021-06-27 13:49:01
121 viewsRashad Ismail, 10:49
Aç / Yorum Yap
2021-06-25 16:04:29
Bu barədə qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Müvafiq nazirliklər payızadək müəssisəyə subsidiyalar ayıracaq və növbəti ilin dövlət büdcəsi layihəsinin hazırlanması zamanı əlavə maliyyə vəsaiti planlaşdıracaqlar.

"Kamaz"ın direktoru Sergey Koqoqinin Mişustinlə görüşdə verdiyi məlumata görə, mühərriklərin, oxların və təkər dişlilərinin istehsalının artırılması, yük maşınları üçün kabinlərin lokalizasiya səviyyəsinin artırılması üçün investisiyalar tələb olunur.
130 viewsRashad Ismail, 13:04
Aç / Yorum Yap
2021-06-25 10:27:44
Yolsuzluq avtomobilləri həvəskarlarının sevimlisi olan Suzuki Jimny hələlik sadəcə Avstraliyada satılacaq olan Lite versiyasına sahib olub. Avadanlıqlarının böyük bir qismi ixtisar edilən model kabinədə standart bir Bluetooth dəstəkli radio və manual klimat kontrol düymələrinə qovuşub. Bununla Jimny Lite, qiymətində ciddi azalma yaşayacaq.
1.5 litrəlik K15B kod adlı mühərrikini istifadə etməyə davam edən modeli, olmazsa olmazı 4x4 sistemi ilə gələcək və sadəcə mexaniki sürət qutusu ilə təchiz ediləcək ki, bu da bununla da Suzuki yeni versiya ilə yolsuzluq avtomobili həvəskarlarını hədəflədiyini bir daha sübut edir.

Bəs siz yeni Jimny modelini bəyənirsiniz? linkə daxil olaraq fikrinizi bildirin: https://instagram.com/stories/carlifestyle.baku/2603705158296627891?utm_medium=copy_link
124 viewsRashad Ismail, 07:27
Aç / Yorum Yap