Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 18

2021-07-19 16:00:54
Markalar arası otraqlığın, demək olar ki, avtomobil tarixi qədər uzun bir ömrü var. Hazırda eyni damın altında olan və ya xüsusi razılaşmalarla bir araya gələn markaların eyni mühərriki, platformanı, istehsal xəttini və texnologiyanı paylaşan yüzlərlə modelini göstərə bilərik.

Bu gün belə hallar artıq bizə normal gəlməyə başlasa da bu paylaşımımızda biraz keçmişə gedərək başqa markalardan mühərriklər istifadə edən modellərə göz atacağıq.
Siyahımız əlbəttə daha geniş ola bilərdi, amma İnstagram’ın bizə verdiyi yer səbəbindən paylaşımımız 10 modellə məhdudlaşır. İndi isə keçək Ferrari mühərrikli bir SUV'dən Porsche ruhu daşıyan bir ispana qədər uzanan 10 modellik siyahımıza...
… və başlayaq elə cover’dəki AMG mühərrikli Mitsubishi Galant’la.

Ətraflı: https://www.instagram.com/p/CReogXeLU_t/?utm_medium=copy_link
66 viewsRashad Ismail, 13:00
Aç / Yorum Yap
2021-07-18 10:27:39
Dizayn baxımından Kia'nın ən çox bəyənilən modellərindən biri olan Stinger, təəssüf ki, bu marağı satışlarında əks etdirə bilmədi. Yeni iddialara görə, bu vəziyyət onun sonunu gətirəcək. Markanın bir müddətdir yeni nəsil Stinger açıqlaması verməməsi, hətta modelin adını belə çəkməməsi ortaya bir sıra söz-söhbətlərin çıxmasına səbəb olub. Hətta bu dəfəki iddialarda tarixdə deyilib.

Korean Car Blog’un iddialarına görə, Stinger 2022’ci ilin yaz aylarında aramızdan ayrılacaq. Cənubi Koreyada markanın istehsal planını araşdıran bloq üzvləri, Stinger’in istehsal olunduğu Gwangmyeong müəssisəsində yeniləmə prosesinin getdiyini müşahidə ediblər. Zavod artıq tamamilə elektrikli avtomobillərin istehsalı üçün hazırlanacaq. Bu da Stinger’lə təxminən bu işlətin tamamlanacağı vaxt ərəfəsində vidalaşa biləcəyimiz anlamına gəlir.

Kia’dan məsələ ilə bağlı rəsmi bir açıqlama olmadığı üçün bu söylədiklərimiz hələlik sadəcə bir iddiadır.

Ətraflı: https://www.instagram.com/p/CRdZ8DYLzlJ/?utm_medium=copy_link
17 viewsRashad Ismail, edited  07:27
Aç / Yorum Yap
2021-07-15 22:59:17
Avtomobilin kapotunun altında, digər N modellərindən tanıdığımız 2,0 litrlik turbolu və 4 silindrli mühərrik var. Elantra N’də bu mühərrik 280 ag gücü və 392 Nm fırlanma anı hasil edə bilir. İstehsalçı modeli iki ötürmələr qutusunu ilə təklif edir. Altı pilləli mexaniki transmissiya, aşağı pilləyə keçərkən, dirsəkli valın dövrələrini avtomatik olaraq artıraraq dartınmaların qarşısını alan sistem ilə təchiz edilir. Bu elektron əlavəni sükan üzərindəki iri RPM düyməsi ilə aktivləşdirmək olar.
Səkkiz pilləli N DCT "robotu" sükanaltı dəstəklərə və üç iş rejiminə malikdir: standart N Power Shift, trek üçün N Track Sense Shift və ən ekstremal N Grin Shift. Sonuncu rejim sükan üzərindəki qırmızı NGS düyməsi ilə 20 saniyədən çox olmamaq şərti ilə aktivləşdirilir və ötürmələri təxirəsalmadan və maksimal dərəcədə cəld dəyişdirməyə imkan verir. Bu zaman mühərrikin gücü də 290 at gücünə qədər artır.

Ətraflı: https://www.instagram.com/p/CRVrsGArfGG/?utm_medium=copy_link
6 viewsRashad Ismail, 19:59
Aç / Yorum Yap
2021-07-14 21:50:17
Avropada C seqmentli hetçbek sinfinin ən köhnə üzvlərindən biri olan Opel Astra, nəhayət, böyük maraqla gözlənilən yeni nəslinə qədəm qoyub.
Tamamilə yeni bir dizayna qovuşan Astra, altıncı nəsli ilə birlikdə Volkswagen Golf, Ford Focus, Renault Megane, Skoda Octavia kimi avtomobillərlə rəqabət edəcək.
Önəmli rəqiblərdən biri də eynən Astra kimi EMP2 platformasından istifadə edən yeni Peugeot 308'dir. "Sevimli hetçbeklər" siyahımda hazırda ilk iki yeri bölüşən bu modellərdə hər nə qədər mexaniki və elektron hissələr müştərək olsa da, Opel və Peugeot dizaynerləri iki C hetçbekini görünüş olaraq bir-birindən fərqləndirmək mövzusunda çox yaxşı iş bacarıblar.
Yeni Astra əvəz etdiyi modeldən 4 mm daha uzundur və ölçüsünü 4.374 mm-ə çatdırıb. Genişlik də əhəmiyyətli dərəcədə artırılmışdır - 1.860 mm və ya +51 mm.

Ətraflı: https://www.instagram.com/p/CRTHxR8rzmW/?utm_medium=copy_link
36 viewsRashad Ismail, edited  18:50
Aç / Yorum Yap
2021-07-13 23:13:55
İlk versiyası 1999’cu ildə təqdim olunan Black Vermilion paketi Avropa torpaqlarına qayıdır. Bavariyalı istehsalçının ən çox satılan xüsusi versiyalarından biri olan Black Vermilion, BMW X5’in M50i versiyasında alına biləcək.

Bəs bu maraqlı dizaynı bu qədər xüsusi edən detallar nələrdir? Əlbəttə ki, ilk baxışdan belə tükləri ürpərdə bilən zəhmi və məkrli görünüşü. Qırmızı barmaqlığı və Frozen Black Metallic gövdə rəngi ilə möhtəşəm bir duruş nümayiş etdirən model, 22 düymlük boz rəngli təkər diskləri ilə profilindən də cəlbedici bir kontrast yaradıb.

Disklərin arxasındakı qırmızı əyləc qəlibləri isə, M Performance’dan gələn detallar arasındadır. M Sport Paketi, asqı və egzozlar avtomobilin standart avadanlıqlarına daxildir. BMW bu dəfə xüsusi versiya üçün tamamilə LED adaptiv fənər dəstindən istifadə edib.

Ətraflı: https://www.instagram.com/p/CRRwtnXLlLs/?utm_medium=copy_link
66 viewsRashad Ismail, 20:13
Aç / Yorum Yap
2021-07-13 12:15:31
Hər birimizin həyatında yeri olan bəzi filmər və seriallar vardır. Zaman-zaman dünyaya baxışımızı dəyişdirən bu filmlər bizləri avtomobil sevgisi ilə də tanış edib. Bu gün film və serial tarixinin ən önəmli avtomobillərinin hazırki taleyi və harada olduğu barədə danışacağıq.

Siyahıda qarşılaşacağınız bir çox avtomobil sadəcə avtomobil tarixinin deyil, həm də kino və serial tarixinin klassikləri arasındadır. Bu səbəbdən bəzilərinin milyardlarla dollara satıldığını gördüyümüz bu xüsusi avtomobillər sahibləri tərəfindən də diqqətlə qorunub saxlanılır. Hətta bəzi modellərin avtomobil qəbirsanlıqlarından götürülərək restovrasiya edilərək bəzi kolleksiyalardaki yerini aldığını da görə bilirik.
Lakin, bəzən çox ucuz alınan bu avtomobillərin olduqca yüksək məbləğlərə satıldığını görəndə təəccüblənməmək mümkün deyil.

Ətraflı: https://www.instagram.com/p/CRPO64-L9Bc/?utm_medium=copy_link
78 viewsRashad Ismail, 09:15
Aç / Yorum Yap
2021-07-12 10:38:33
Pickup modelləri ilə bağlı xeyli problem yaşayan General Motors, daha bir iri həcmli geri çağırma prosesinə hazırlaşır. Milli Yol Təhlükəsizliyi İdarəsi'nin (NHTSA) hesabatlarına əsasən, sadəcə ABŞ’da baş tutacaq olan bu geri çağırma, 2015-2016 Chevrolet Silverado və eyni illərdə istehsal edilən GMC Sierra 1500, 2500 və 3500 modellərinin daxil olduğu ümumilikdə 410.019 ədəd avtomobili əhatə edəcək.

Verilən açıqlamaya görə problem, sözügedən avtomobillərin tavanında yer alan təhlükəsizlik yastıqlarından qaynaqlanır. Bu hava yastıqlarının üst hissəsindəki qapaq aşınaraq yerindən çıxa bilir. Bu qapağın yerindən çıxacağı təqdirdə isə hava yastığı qəfildən patlaya bilər.

Ətraflı: https://www.instagram.com/p/CROAG2HrqZ3/?utm_medium=copy_link
30 viewsRashad Ismail, 07:38
Aç / Yorum Yap
2021-07-12 07:42:18
Land Rover Defender’in gündən-günə daha lyuks və dəbdəbəli hala gəlməsi off-road həvəskarlarını çox qəzəbləndirdi. Bu qəzəbin bir məhsulu olan Grenadier, uzun müddətdir maraqla gözlədiyimiz modellərdəndir. Təxminən bir il əvvəl təqdim olunmasına baxmayaraq, hələ də bütün detalları açıqlanmayan modelin, nəhayət iç məkanının görüntüləri yayımlanıb.

Ineos Automotive’in salonda ənənəvi, lakin eyni zamanda texnoloji bir yol izlədiyini görürük. Sürücünün ehtiyacı ola biləcək hər şey başının üstünə ya da ön konsola yerləşdiən komanda, yolsluq şəratnin həzzni ən yaxşı şəkildə yaşatmaq üçün bir də Apple CarPlay və Android Auto dəstəkli multimedia sistemi əlavə edib.
Grenadier, eynən Ford Bronco kimi öncədən kabellənmiş düymələrlə təchiz olunmuşdur. Bu düymələrin nə üçün istifadə ediləcəyi isə müştərilərin öz seçiminə buraxılıb.

Ətraflı: https://www.instagram.com/p/CRGULBDLCzY/?utm_medium=copy_link
42 viewsRashad Ismail, 04:42
Aç / Yorum Yap
2021-07-08 13:30:42
2018’ci ildə təqdim olunan Jeep Grand Cherokee Trackhawk bu gün də ən güclü yolsuzluq avtomobilləri arasında öz yerini qoruyub saxlayır. 0-100 km / saat sürətlənməni 3.7 saniyədə tamamlayan bu canavarın tezliklə aramızdan ayrılacağı barədə şayiələr yayılmağa başlayıb. İddialara görə, hazırki nəslinin istehsalı dayandırıldıqdan sonra model rəsmi olaraq təqaüdə göndəriləcək.

Moparİnsiderlər’in "Stellantisə yaxın mənbələrdən" aldığı xəbərə görə, yeni nəsil Trackhawk layihəsi çoxdan zibil qutusuna atılıb. Yeni nəsil GrandCherokee hazırlanan zaman Stellantis səlahiyyətliləri Trackhawk'u və superşarjlı V8 mühərrik gözdən çıxarıblar. Ana marka, gündən-günə sərtləşən emissiya qaydalarına riayət etmək üçün Jeep’ə fərqli bir yol izləməsini təklif ediblər.

Ətraflı: https://www.instagram.com/p/CRDvZ5GLq12/?utm_medium=copy_link
38 viewsRashad Ismail, 10:30
Aç / Yorum Yap
2021-07-06 22:04:55
Milyonlar ödəyib avtomobil satın alan milyonçuları çoxumuz qısqanırıq, bunu danmayaq Lakin bəzən, verilən o qədər pula rəğmən bu insanlar da avtomobillərini idarə edəbilmir. Ən azından ictimaiyyətə açıq yollarda.
Bu gün Ferrari, McLaren kimi markalardan görməyə öyrəşdiyimiz və sadəcə yarış yollarında idarə ediləbilən, üstəlik "standart" versiyalarından da qat-qat baha olan 10 avtomobildən 10 danışacağıq.
Başlayaq elə cover fotoda yer alan və ictimai yollarda istifadə edilə bilən bir versiyası da olan Lotus 3-Eleven'dan. Qapıları və tavanı olmayan speedster 311 ədədlə məhdud saylı istehsala sahibdir və trek üçün olan versiyanın çəkisi 900 kq’dan azdır.
Avtomobilə güc verən isə Toyota imzalı bir 3,5 litrlik V6 mühərrikdir. Aşırı qidalanma ilə 460 at gücü hasil edə bilən hiperkar 0’dan 100km/saata 3 saniyədən də az bir müddətdə çatır.

Ardı linkdə: https://www.instagram.com/p/CQ_wIUOLD8t/?utm_medium=copy_link
31 viewsRashad Ismail, 19:04
Aç / Yorum Yap