Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 17

2021-08-16 11:45:28
İllərdir avtomobil sevərlərin divarlarını, wallpaper’lərini bəzəyən Countach, nəhayət 30 ildən sonra səhnəyə qayıdır. Modelin qəlbində ikonik Lamborghini V12’si var. 6,5 litrlik mühərrik 35 at gücü hasil edə bilən elektrik mühərriki ilə birləşdirilmişdir. Sözügedən güc qurğusu, Sian'da da yer alan 48 voltluq superkondansator texnologiyasından istifadə edir. Hər iki mühərrik ümumilikdə 814 at gücü hasil edəcək. Bu da, yeni Countach’a 0-100 km/saat sürətlənməni 2.8 saniyədə tamamlamağa kömək edir. Beləliklə, yeni model ən sürətli Countach olacaq.

Ətraflı: https://www.instagram.com/p/CSoEQHvszkB/?utm_medium=copy_link
69 viewsRashad Ismail, 08:45
Aç / Yorum Yap
2021-08-15 11:42:50
Dünyanın ən çox geri çağırılan avtomobili olaraq tarixə düşməyə hazırlaşan Toyota Supra, BMW tərəfindən geri çağrılmağa başlayıb. (Bu məsələni sonda aydınlaşdıracağıq) Milli Yol Təhlükəsizliyi İdarəsinin (NHTSA) verdiyi açıqlamaya görə, bu dəfə problem əyləc asistentlərindən qaynaqlanır.

Geri çağırmanın ümumilikdə 50.024 avtomobilə şamil ediləcəyi bildirilib. Bu prosesə 13.014 Toyota Supra, 10.877 BMW M340i və M340i xDrives, 4.130 ədəd X4 M40i, 470 ədəd 745Le xDrive və 14.006 ədəd X3 M40i modellərinin daxil olduğu təsdiqləndib. Yuxarıda göstərilən modellərin hamısı 2019-2021’ci illər arasında istehsal edilib.
NHTSA’nın rəsmi məlumatlarına görə, problem mühərriklərin proqram təminatından qaynaqlanır. Bu proqram zamanla əyləc üçün vakkum təmin edən nasosun zədələnməsinə səbəb olur. Xüsusilə, mühərriki işə salan zaman zədələnə bilən bu nasos, bir nöqtədən sonra əyləc proqramına da təsir edir.

Ətraflı: https://www.instagram.com/p/CSlfTtVs1mN/?utm_medium=copy_link
40 viewsRashad Ismail, 08:42
Aç / Yorum Yap
2021-08-11 08:43:04
Xeyli müddət əvvəl Azərbaycanda satılan ən ucuz 0 km avtomobillırin siyahısını təqdim etmişdik. Bu dəfə isə ölkədə satılan ən bahalı 27 avtomobili təqdim edirik. Siyahıda həm yeni, həm də işlənmiş avtomobillər yer alıb. Bir neçə model isə təkrarlanır. Bununla belə təkrarlanan modellərin bir neçəsini siyahıdan çıxarmışıq. Məsələn, Mercedes G63 AMG, Bentley Bentayga və s.

Siyahımızın ən bahalı modeli isə göründüyü kimi 1.445.000 manata Sumqayıt şəhərindən satışa qoyulan 1938’ci ilə aid Mercedes V170 avtomobilidir.

Fotolar şərtidir(ilk foto istisna olmaqla: Mercedes V170)

Linkə daxil olaraq siyahı ilə tanış ola bilərsiniz: https://www.instagram.com/p/CSZ3H93LcsG/?utm_medium=copy_link
25 viewsRashad Ismail, edited  05:43
Aç / Yorum Yap
2021-08-10 16:34:54
Avtomobil tarixinin ən seçilən komandalarından olan McLaren Special Operations, bu dəfə bir Speedtail'ı xüsusiləşdirərək ona Albert adını veriblər. Model @McLaren’in Beverly Hills ofisi tərəfindən satılacaq.

Albert'in üzərində Magnesium Silver və Ueno Grey rənglərini görürük. Bu maraqlı rəng seçimi, 2018’ci ildə görüntülənən Speedtail modellərinin kamuflyajlarına bir işarədir. MSO komandasının bu rəngi tətbiq etməsi 12 həftəyə başa gəlib.

Bu müddətin iki həftəsi sadəcə iki nəfərlik bir komandanın gövdəni maskalamasına sərf edilib. Bu proses üçün isə ümumilikdə iki kilometrlik kağız lentlər istifadə edilib. Standart gövdə boyasını tətbiq etmək 6 həftə, qurumasını gözləmək isə tam dörd həftə çəkib.

Ətraflı: https://www.instagram.com/p/CSSJmCmMckZ/?utm_medium=copy_link
42 viewsRashad Ismail, 13:34
Aç / Yorum Yap
2021-08-07 16:22:17
Ötən ay AVTOVAZ, baza modeli ilə müqayisədə 321.000 rubl daha baha olan yenilənmiş Lada Niva Bronto modeli üçün sifariş qəbuluna başladı.

"Ekstremal" versiya, kondisioner, daha rahat oturacaqlar, ERA-GLONASS sistemi və təkmilləşdirilmiş səs-küy və vibrasiya izolyasiyası paketi daxil olmaqla modernləşdirilmiş bir interyer əldə edib. Maraqlıdır ki, standart Niva Legend də, 2020-ci ilin əvvəlində oxşar bir dəyişikliklərə qovuşmuşdu.

Yenilənmiş avtomobildə orijinal plastik bamperlər, fərqli radiator barmaqlığı, tağ uzantıları, əlavə eşik qorunması, 15 düymlük qara disklər və yolsuzluq təkərləri, həmçinin dam relsləri var. Bundan əlavə, avtomobil gücləndirilmiş arxa ox və asqı, ön və arxa diferensialları kilidləyən tam ötürücü sistemi ilə təchiz olunmuşdur.

Ətraflı: https://www.instagram.com/p/CSOVOreMyHf/?utm_medium=copy_link
17 viewsRashad Ismail, edited  13:22
Aç / Yorum Yap
2021-08-07 16:20:48
Toyota iyun ayında təqdim olunan Land Cruiser 300 modelinə Yaponiyada rekord sifariş alıb. Belə ki, yeni nəsil modelə öz ölkəsində 22 mindən çox tələb gəlib. Creative311 nəşrinin verdiyi məlumata görə, bununla əlaqədar olaraq Toyota yeni modelin üçüncü şəxslərə satılmasını qadağan edib. Bu qərarın isə iki səbəbi var:
1. Ofrouderlər “yanlış əllərə” düşə bilər ki, bu da şirkətin imicini korlaya bilər.
2. Alverçilərdən qorunmaq.

Toyota’dan rəsmi açıqlama alan Mag-X nəşrinin bildirdiyinə görə, yaponiyalı müştərilər avtomobili müəyyən müddət ərzində satmayacaqları barədə öhdəlik imzalamalı olacaqlar. Müştəri müqaviləni pozarsa, istehsalçı gələcəkdə onunla iş görməkdən imtina edəcək.

Ətraflı: https://www.instagram.com/p/CSBer9PM-5e/?utm_medium=copy_link
19 viewsRashad Ismail, 13:20
Aç / Yorum Yap
2021-07-28 14:30:17
İddialara görə, Alman tüninq komandası bu aralar BMW 4 Series Gran Coupe’yə əsaslanacaq olan B4 modeli üzərində işləyir. Markanın portfelində yalnız daxili yanma mühərrikli modellərin olması isə böyük bir sual işarəsidir. Alpina CEO'su, istifadəçilərinin elektrikli modellərə ehtiyac duymadığını düşünür. BimmerToday’a müsahibəsində Alpina’nın baş icraçı direktoru Andreas Bovensiepen, son zamanlarda aparılan araşdırmaya diqqət çəkib. İstifadəçilər arasında aparılan sorğuya görə, Alpina'nın məhsul çeşidinin nə hibrid, nə də elektrikli avtomobillərə ehtiyacı var.

Ətraflı: https://www.instagram.com/p/CR12AYAr-wl/?utm_medium=copy_link
41 viewsRashad Ismail, edited  11:30
Aç / Yorum Yap
2021-07-28 14:28:16
Məşhur aktyor Tom Hanks, FJ40 Land Cruiser avtomobilini satışa çıxarır. Bonhams vasitəsilə hərraca çıxarılacaq model, Hanks’in imzası ilə satılacaq.

Tom Hanks bu modeli, performans baxımından modifikasiya etdirmişdir.

Avtomobilin 6 silindrli mühərrikini GM’in L35 4.3 L Vortec V6 mühərriki ilə əvəzləyən Tom, bu dəyişikliklərlə bağlı bütün sertifikatları alıb. Başqa sözlə, yüksək mühərrik performansı belə #LandCruiser’in yola çıxmasına mane olmur. Hanks, bir zamanlar Kaliforniyada avtomobili doyunca idarə etdiyini də qeyd edib.

Stok bir sürüş hündürlüyünə sahib olan modelə, yeni asqı dəstləri əlavə edilib. Elektron sükan və əyləclər də, modeli müasir avtomobil dünyasına yaxınlaşdıran detallar arasındadır. Avtomobilin off-road qabiliyyətini artırmaq üçün Toyo Open Country 31 / 10.50R / 15LT təkərləri istifadə edilib. Bundan əlavə salonda kondisioner və Porsche’dən alınmış yarış oturacaqları var.

Qeyd edək ki, klassik avtomobilin 75.000-125.000$ arası bir qiymətə satılacağı gözlənilir.
41 viewsRashad Ismail, 11:28
Aç / Yorum Yap
2021-07-24 15:55:06
“Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir”.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

O qeyd edib ki, artıq dünəndən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb”.

Bu cüt rəqəmlər də məhz “zerkalni nömrə” həvəskarlarını cuşa gətirmək üçündür. Y trendindən sonra indi də 77
66 viewsRashad Ismail, 12:55
Aç / Yorum Yap
2021-07-22 10:57:59
Beşinci nəsil Sportage vətəni Cənubi Koreya'da satışa çıxarılıb. Kia, bunun şərəfinə yenilənmiş SUV modelinə aid yeni fotolar paylaşıb. Hyundai Tucson'un qardaş modeli fərklı dizaynı ilə insanları ikiye ayırmışdı və gələn real fotolar, NQ5 kodlu nesil haqqında daha dəqiq təsürat yaradır.

Zeytun yaşılı gövdə rənginə sahib yeni Sportage cüt rəng teması və 19" diskləri ilə üst paketi təmsil edir. Uzunluğu 4.660 mm, ox mesafesi isə 2.755 mm olan koreyalı SUV, payız aylarındao bazarında biraz daha qısa ox məsafəsi ilə (ehtimal ki, Tucson kimi 2.680 mm) satışa təqdim olunacaq.

Ətraflı: https://www.instagram.com/p/CRnvePNrnOi/?utm_medium=copy_link
7 viewsRashad Ismail, 07:57
Aç / Yorum Yap